8 C
Baku
Thursday, December 12, 2024

İnzibati işlər şöbəsinin müdiri – PASHA Life

0
İnzibati işlər şöbəsinin müdiri – PASHA Life
Bakı
25.06.2021

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Maliyyə departamenti,İnzibati işlər şöbəsi
Vəzifə: İnzibati işlər şöbəsinin müdiri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 02.07.2021

Vəzifə Öhdəlikləri:

1. Cəmiyyətin əsas inzibati binasının məqsədyönlü, səmərəli istismarını və ona gündəlik qulluğu təşkil etmək;
2. Cəmiyyətdə nəqliyyat, təmizlik və anbar xidmətlərini təşkil etmək;
3. Cəmiyyətdə sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı işləri təşkil etmək;
4. Avadanlıq, inventar, material və ləvazimatlarla təchiz etmək;
5. Avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
6. Cəmiyyətin əsas inzibati binasında su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək;
7. Cəmiyyətin əsas vəsaitlərinin, azqiymətli və tezköhnələn inventarlarının və digər mal-materialın inventarlaşmasında iştirak etmək;
8. Cəmiyyətin cari və əsaslı təmiri zamanı işlərin keyfiyyətli aparılmasına nəzarət etmək, yerinə yetirilmiş təmir işlərini qəbul etmək;
9. Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, büdcənin hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təmin etmək;
10. Mədəni – kütləvi və digər tədbirləri hazırlamaq və keçirilməsində təşkilati və texniki yardım göstərmək;
Şöbəyə daxil olan müraciət və sorğulara cavablar hazırlamaq.

Namizədə olan tələblər:

İş təcrübəsi: İnzibati işlər üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla; Rus dili: orta; İngilis dili: əla
Kompüter bilikləri: MS Office: orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, keyfiyyət yönümlülük, problem həlletmə.
Liderlik səriştələri: strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta