11 C
Baku
Monday, November 25, 2024

İnzibati işlər üzrə Baş mütəxəssis – Global Leasing

0
İnzibati işlər üzrə Baş mütəxəssis – Global Leasing
01.11.2019

İşəgötürən : “GLOBAL LEASING” MMC

Vakansiya: İnzibati işlər üzrə Baş mütəxəssis

Vəzifələr:

• Şirkətin bütün satınalma işləri və təchizat üzrə sifarişlərin təmin edilməsini həyata keçirmək. Satınalma planı, hesabatları və satınalma sorğularını hazırlamaq;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək.
• Şirkətin maddi-texniki təminatının effektivliyinin təşkili məqsədilə sifarişlərə və onların icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək;
• Alınan məhsulların, müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
• Şirkətin davamlı fəaliyyətinin təmin edilməsi üçün anbar ehtiyatının daim nəzarətdə saxlanılmasına nəzarət etmək;
• Rəhbərliyin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək.

Tələblər:

• Ali hüquqi və ya iqtisadi təhsilin olması;
• Ən azı 2 (iki) il satınalma və təchizat üzrə təcrübə;
• Analitik düşüncə bacarığı;
• İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
• Dəqiq planlaşdırma və nəzarət etmək qabiliyyəti;
• MS Office proqramlarından istifadə bacarığı.

Qeyd: iş yeri Bakı şəhərində yerləşir, namizəd dövrü olaraq Bayıl və NZS qəsəbəsindəki ofislərə səfər təşkil etməlidir.

Əmək haqqı müsahibə yolu ilə təyin olunur.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnzibati işlər üzrə Baş mütəxəssis” qeyd edərək öz CV-ni [email protected] və [email protected] email ünvanlarına göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaLizinq