Bakı
14.06.2023
Vakansiyanın təsviri
- İşəgötürmə, təlim və tədris proqramlarını icra etmək;
- Komanda quruculuğu sahəsində inkişaf proqramları hazırlamaq və icra etmək;
- Kadrların idarəedilməsi sahəsində proqram təminatını tətbiq etmək;
- KPİ (Key Performance İndicator) tətbiq etmək və icrasına nəzarət etmək, işçilərin fəaliyyətinin qiymətləndirilməsi işinin həyata keçirilməsində iştirak etmək;
- Fondda əmək münasibətlərinin, kadr işinin təşkilini və tənzimlənməsini həyata keçirmək;
- Əmək müqavilələrinə dair bildirişləri elektron qeydiyyatdan keçirmək və mütəmadi yeniləmək;
- Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Xüsusi tələblər
- İnsan resursları ixtisası üzrə bilik və təcrübə;
- MS Office proqram təminatı üzrə biliklər;
- İngilis dili (yaxşı), rus dili (yaxşı);
- İnsan resurslarının idarə edilməsi üzrə yüksək səviyyəli icraçılıq və analitik düşünmə qabiliyyəti;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- İş yerində müsbət emosional mühit yaratmaq, hədəf qrupların ehtiyac və tələblərini anlamaq.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |