İpoteka filialı üçün Baş Mütəxəssis (Baş Əməliyyatçı) – AFB Bank

    0

    Posted 4 ay ago

    AFB Bank İpoteka filialı üçün Baş  Mütəxəssis (Baş Əməliyyatçı) vakansiya elan edir

    Vəzifə: Baş Əməliyyatçı
    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
    Ünvan: Bakı şəhəri.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

    • Ali təhsil;
    • Ən azı 3 il Bank  təcrübəsinin olması (Müştəri xidmətlərin strukturlarında);
    • Mükkəmməl Azərbaycan dili biliklərinə malik olmaq;
    • İngilis, rus dili bilənlərə üstünlük verilir;
    • İnsanlarla düzgün ünsiyyət qura  bilmək və iş bacarığının olması;
    • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
    • MS Office proqram bilikləri;

    İŞİN TƏSVİRİ:

    • Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
    • Müştərilərə bank hesablarının açılması,bu hesablar  üzrə əməliyyatların həyata keçirilməsi;
    • Müxtəlif xidmət sahələri(əmanət, bank kartları, qiymətli metallar, pul köçürmələri və bank seyfi ilə bağlı əməliyyatlar) üzrə müştərilərin  müraciətlərini qəbul etmək vəmüvafiq əməliyyatları həyata keçirmək;
    • Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərilməsi
    • Müştərilərin vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini aparılması, bu barədə müştərilərin məlumatlandırılması və icrasını təmin edilməsi;

    Uyğun namizədlərdən CV-lərini mövzu sətrində  “Baş  Mütəxəssis (Baş Əməliyyatçı)” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyi xahiş edirik.

    Job Features

    Job CategoryKredit işçisi

    Apply Online