İqtisadçı – Bakı Metropoliteni

0
İqtisadçı – Bakı Metropoliteni
Bakı
18.03.2026

Bakı Metropoliteni olaraq Maliyyə departamentinin İqtisadi təhlil şöbəsinə iqtisadçı axtarırıq!
Namizəd müəssisənin istehsal və xidmət fəaliyyətinə dair iqtisadi məlumatların toplanması, işlənməsi və təhlilində aparıcı rol oynayacaq.

Sizi hansı öhdəliklər gözləyir?
• Sərnişin axını üzrə məlumat bazalarının idarə olunması və yenilənməsi
• Proqnoz modelləri üçün məlumatların hazırlanması və simulyasiyaların icrası
• Xərc drayverləri (cost drivers) və fəaliyyət əsaslı xərclərin (ABC costing) hesablanmasına dəstək
• Subsidiyalar və maliyyə modelləri üzrə analitik hesablamaların aparılmasına dəstək
• Analitik dashboard-ların və hesabatların hazırlanması
• Məlumatların təmizlənməsi, inteqrasiyası və strukturlaşdırılması
• Analitik hesabatların və təqdimatların hazırlanmasına dəstək
• Müxtəlif məlumat mənbələrindən alınan məlumatların təhlili və müqayisəli analizlərin aparılması

Namizədlərdən tələblərimiz
• İqtisadiyyat, maliyyə, statistika və ya əlaqəli sahə üzrə ali təhsil
• Magistr dərəcəsi üstünlükdür (xaricdə təhsil və ya beynəlxalq təcrübə arzuolunandır)
• Müvafiq sahə üzrə 1 ildən artıq iş təcrübəsi
• Quantitative analiz və məlumatlarla işləməyə maraq
• MS Office proqramları üzrə yüksək səviyyədə biliklər
• R və ya Python proqramlaşdırma dilləri üzrə biliklər
• Data vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) ilə işləmək bacarığı
• Böyük məlumat bazaları ilə işləmək bacarığı üstünlükdür
• Süni intellekt alətlərindən istifadə və effektiv prompt yazmaq bacarığı
• Dil bilikləri: Azərbaycan və ingilis dili

Metropoliten sizə nə təklif edir?
• Sabit və etibarlı iş mühiti
• Peşəkar komandada inkişaf və karyera imkanları
• Metropolitendən ödənişsiz istifadə imkanı
• Güzəştli nahar təminatı
• “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı
• Psixoloji dəstək xidməti

Müraciət üçün
Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə (https://lnkd.in/d49Bsuqf) müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 25 mart 2026-cı il

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər