11 C
Baku
Tuesday, November 5, 2024

İqtisadçı – Bank Respublika ASC

0
İqtisadçı – Bank Respublika ASC
19.09.2019

Bank Respublika ASC Maliyyə və bazar risklərinin idarəedilməsi şöbəsinə “İqtisadçı” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• ÜDM artımı, sənaye istehsalı, işsizlik, inflyasiya, və s. yuxarı rəhbərlik tərəfindən müəyyən edilən faktorları hesablayan makro modelin tərtibi;
• Müxtəlif makro-göstəricilər üzrə modellərin yaradılması və əsas trendləri göstərmək;
• Makro və sənayə göstəricilərin vaxtında yenilənməsi;
• Makro və sənaye modellər üçün metodologiyanın tərtibi;
• Dünyada, ayrı-ayrı regionlarda və aparıcı ölkələrdə, qonşu ölkələrdə və bütövlükdə ölkə iqtisadiyyatında baş verən ictimai, siyasi və iqtisadi hadisələri analiz etmək və bu hadisələrin Bankın makro-mühitinə və gəlirliliyinə təsirini müəyyənləşdirmək;
• Rəhbərlik tərəfindən müəyyən edilmiş formatda dövri hesabatların tərtibi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi);
• İş təcrübəsi: aidiyyatı sahə üzrə ən azı 1 il;
• Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (yaxşı);
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel); (Excel bilikləri yaxşı səviyyədə)
• Analitik düşünmə bacarığı;
• Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
• Müzakirələr zamanı proektiv mövqeyə malik olma və ideya,təkliflərini əsaslandırma bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İqtisadçı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi