Bakı
19.02.2025
Struktur bölmənin adı: Maliyyə sabitliyi departamenti, Maliyyə sabitliyinin təhlili şöbəsi
Vəzifənin funksiyaları:
- Maliyyə sabitliyinə və maliyyə institutlarının dayanıqlığına təhdid yaradan risklərin identifikasiyası, onların təhlili, qiymətləndirilməsi, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanmasında iştirak;
- Sistem böhranları üzrə ilkin xəbərdarlıq göstəricilərinin müəyyən edilməsi və sistem risklərinin təhlili çərçivəsinin formalaşdırılmasında iştirak;
- Makroprudensial alətlərin tətbiqi ilə bağlı qiymətləndirmələr aparılması və makroprudensial siyasətin formalaşdırılmasında iştirak;
- Sistem əhəmiyyətli maliyyə institutlarının siyahısının müəyyən edilməsində iştirak;
- Maliyyə institutlar üzrə şəbəkə əlaqələri, konsentrasiya, müştərək və yoluxma risklərinin müəyyənləşdirilməsi və təhlili;
- Maliyyə institutları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərə təkliflər formalaşdırılması;
- Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
- Maliyyə sabitliyi hesabatı və digər analitik hesabatların hazırlanmasında iştirak;
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
- Maliyyə – yüksək səviyyədə
- Makroiqtisadiyyat – yüksək səviyyədə
- Maliyyə sabitliyi – yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
- Təcrübə: Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 2 illik iş təcrübəsi.
- Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə/biznesin idarəedilməsi);
- Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
- Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər peşəkar sertifikatlar üstünlükdür.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |