İqtisadi təhlil, tarif və statistika şöbəsinin müdiri -Azerbaijan Energy Regulatory Agency

    Bakı
    Posted 2 months ago

    Enerji Məsələlərini Tənzimləmə Agentliyi – İqtisadi təhlil, tarif və statistika şöbəsinin müdiri

    VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

    • Enerji sahəsində balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləmək;
    • Müvafiq sahədə tariflərin iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və təkliflər vermək;
    • Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər vermək;
    • Elektrik və istilik enerjisi, habelə qaz üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənmək;
    • Elektrik və istilik enerjisi, habelə qaz istehsalı və istehlakına proqnozlar hazırlamaq;
    • Müvafiq sahə üzrə təşkilatlardan əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlamaq, sistemləşdirmək və hesabatlar hazırlamaq;
    • Müvafiq müəssisələrin gəlir və xərc smetalarını təhlil etmək, müqayisələr aparmaq və təkliflər hazırlamaq.

    TƏLƏBLƏR:

    • Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və audit, statistika və maliyyə və s. müvafiq ixtisaslar üzrə);
    • Yaş həddi 30-50 aralığı;
    • İxtisası üzrə azı 5 il, müvafiq sahə üzrə rəhbər vəzifədə isə azı 3 il iş stajı;
    • Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
    • Müxtəlif sahələr üzrə daxil olan hesabatları təhlil edərək nəticə çıxarma bacarığı;
    • Mühasibat uçotu ilə bağlı müəyyən təcrübəyə malik olmalıdır;
    • Tarif tənzimlənməsi ilə bağlı qanunvericilik və digər normativ hüquqi bazalara dair bilikli olmalıdır;
    • Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır.

    DİGƏR:

    • Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
    • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
    • İstirahət günləri: şənbə və bazar günləri;
    • Vakansiya üzrə müraciətin son müddəti: 20 iyun 2021-ci il
    • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

    Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil – şöbə müdiri) qeyd edin.

    Job Features

    Job CategoryDövlət qurumları

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.