Bakı
29.01.2024
İşin təsviri: Beynəlxalq araşdırma mərkəzlərində (Think Tank) çalışacaq təhlilçi axtarılır.
Vəzifə və öhdəliklər:
- Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, qeyd olunan istiqamətdə anoloji xarici mərkəzlərlə münasibətlərin inkişaf etdirilməsi;
- Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq siyasi və iqtisadi tədbirlərdə iştirak etmək, beynəlxalq münasibətlər və iqtisadiyyat sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması;
- Yerli və dünya mediasının müntəzəm surətdə izlənilməsi, təhlili;
- Hesabatların hazırlanması;
- Rəhbərliyin verdiyi tapşırıqlarını vaxtında yerinə yetirilməsi
- Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində mərkəz tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərdə iştirak;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil; (Beynəlxalq münasibətlər, ictimai münasibətlər, regionşünaslıq, iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər, xarici dil (dilləri göstərməklə) ixtisasları üzrə ali təhsil)
- 23-35 yaş;
- Beynəlxalq münasibətlər və iqtisadiyyat sahəsi üzrə bilik;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 1800-2000 AZN
Uyğun namizədlər, CV-lərini qeyd olunan ünvana göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |