7 C
Baku
Thursday, December 12, 2024

İR Karyera və təlim üzrə kiçik mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu

0
İR Karyera və təlim üzrə kiçik mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu
Bakı
10.08.2020

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İR Karyera və təlim üzrə kiçik mütəxəssis

İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
Təhsil: Ali təhsil (İqtisadiyyat,Psixologiya,Sosiologiya,Menecment,MBA təhsili üstünlükdür)
İş təcrübəsi: 1 il
Yaş həddi: 21-26
İR Təlimlərində iştirak edən bəy namizədlərə üstünlük verilir.

Vəzifənin təsviri:

Təlimlərin, inkişaf yönümlü tədbirlərin təşkilini reallaşdırır və fəaliyyətlərin səmərəliliyinin yoxlanılmasına, karyera və inkişaf yönümlü layihələrin təşkili və gedişatına dəstək olur.

Vəzifə öhdəlikləri:

– Təlim ehtiyaclarının araşdırılması prosesində iştirak etmək;
– Təlim planının hazırlanması prosesində iştirak etmək;
– Təlimlərin hazırlanması və tədris edilməsi;
– Yeni işə qəbul olunan əməkdaşlara orientasiya təlimi keçmək;
– Təlim və inkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq;
– Təlimlərin həyata keçirilməsi və təkmilləşdirilməsinin monitorinqinin aparılmasına dəstək olmaq və bunlarla əlaqədar lazımi fəaliyyətləri göstərmək;
– Öhdəliyinə verilmiş təlimlərin təşkili və təhlili işlərinin reallaşmasına dəstək olmaq;
– Əlavə korporativ fəaliyyətlər.

Tələblər:

– Öyrənmə və inkişafa yüksək həvəs;
– İR sahəsi üzrə karyera qurmaq hədəfi;
– MS Office proqramları biliyi;(MS Power Point Əla səviyyədə)
– Komandada işləmək bacarığı;
– Məsuliyyətli və detallara qarşı diqqətlilik;

Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– Əmək müqaviləsi;
– 5 günlük iş qrafiki.

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İR Karyera və təlim üzrə kiçik mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər