14 C
Baku
Friday, November 15, 2024

İR üzrə mütəxəssis – Azertexnolayn LLC

0
İR üzrə mütəxəssis – Azertexnolayn LLC
28.07.2020

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “İR üzrə mütəxəssis”

Əmək funksiyası:

– İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir
– Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
– Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
– İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
– İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
– İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
– İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
– Peşələr üzrə vəzifə təlimatmatlarının yazılması;
– Kadr axınının səbəblərini öyrənilməsində və onların aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir;
– Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
– Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
– İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və müdirə hesabat verir;
– Şəxsi işlərin arxivləşməsini aparır;
– Sənədlərin operativ qeydiyyatını aparır;
– Sahə müdirinə tapşırıqların icrasının vəziyyəti haqqında məlumat verir;
– Müəyyən olunmuş hesabatları tərtib edir;
Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.

Bilməlidir:

– Müəssisədə kargüzarlığın təşkilini, icra nəzarətinin forma və metodlarını;
– Müəssisələrin və onların bölmələrinin təkmilləşdirilmiş sistem standartlarını, təşkilatı göstəriş sənədlərini;
– Əsasnamə, təlimat və digər rəhbər sənədləri, əmək kitabçalarının və şəxsi işlərinin aparılması və mühafizəsi qeydiyyatı üzrə normativ sənədlərini;
– İşçilərin işə qəbulu, bir işdən başqa işə keçirilməsi və çıxarılması haqqında qüvvədə olan qanunvericiliyi, kadr hərəkətinin qeydiyyat qaydasını və əmək intizamının vəziyyəti haqqında hesabatın tərtibini;
– Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə adların ümumrespublika təsnifatına uyğunluğunu;
– Əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını;
– Əməyin təşkilinin əsaslarını;
– Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Namizədə tələblər:

– İnsan Resursları sahəsində ən az 3 il iş təcrübəsi olmalı
– İnsan Resursları sahəsi üzrə ali təhsil
– Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə)
– Dil bilikləri: Rus dili yüksək səviyyədə
– Yaş: 23-35;
– Müsahibə metodları,testləşdirmə və kadr seçimi politikasından anlayışın olması;
– Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
– Kollektivlə işləmə bacarığı;
– Araşdırma qabiliyyəti yüksək olmalı;

Təminatlar:

– Nahar və servis şirkət tərəfindən verilir;
– Korporativ nömrə ilə təmin edilmə;
– İş qrafiki 08:00-dan 17:00-a dək (həftə içi 5 gün)
– Şənbə və bazar istirahət

Tələblərə uyğun gələn namizədlər CV-lərini “İR üzrə mütəxəssis” başlığı altında qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, İnsan Resursları (HR)