Bakı
     
23.02.2022
    Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
 - Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
 - Karyera irəliləyişlərində yaradılan şərait;
 - Rəqabətədavamlı əmək haqqı.
 
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli (namizədin ali iqtisadi, idarəçilik və ya digər əlaqəli sahə üzrə təhsilinin olması arzuolunandır);
 - İşə qəbul sahəsi üzrə 1 ildən az olmayaraq rəhbərlik təcrübəsi (geniş filiallar və regional mərkəzlər şəbəkəsinə malik müəssisəsində iş təcrübəsi üstünlükdür);
 - İşə qəbul sahəsi üzrə azı 3 ildən artıq iş təcrübəsi;
 - İnsan resurslarının idarəedilməsi sahəsində biliklərin çox yaxşı səviyyədə olması;
 - Namizədlərin cəlbi və seçimi üzrə texnikalar, davranış və funksional səriştələr barədə ətraflı məlumatlılıq;
 - İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
 - Ofis proqramları (Excell, Powerpoint, Outlook) üzrə biliklərin yüksək səviyyədə olması;
 - Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikat;
 - Azərbaycan dili ana dili, ingilis dili yaxşı səviyyədə.
 
Görəcəyiniz işlər:
- Agentliyin işə qəbul işinin idarə edilməsi;
 - İşə qəbul planının hazırlanması üzrə işlərin icrası;
 - Struktur bölmə rəhbərləri və digər komanda üzvləri ilə sıx əlaqələrin qurulması;
 - Müxtəlif işə qəbul mənbələrindən istifadə etməklə peşəkar namizədlərin cəlb olunması;
 - Namizədlərin seçimi prosesinin qaydalara və beynəlxalq təcrübəyə uyğun aparılması;
 - Spesifik vəzifələr üçün meyarların, işə qəbul mexanizminin yaradılması və bu prosesə davamlı nəzarəti;
 - Yeni işçilər üçün ilkin təlimatlandırma (tanışlıq) prosesinin təkmilləşdirilməsi;
 - Müxtəlif vəzifələr üzrə əmək bazarının araşdırılması və təhlillərin aparılması;
 - Ümumi insan resursları funksiyasının fəaliyyətində fəal iştirak etmə.
 
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
 - İş vaxtı: 09:00 – 18:00;
 
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 23.03.2022-ci il;
 - CV-lər aşağıda qeyd olunan e-mail ünvanına göndərilməlidir;
 - Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
 - Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
 
E-mail: [email protected]

