Xaçmaz
     
15.03.2024
    Vakansiyanın təsviri
- Müəssisə: QAFQAZ KONSERV ZAVODU MMC
 - Müəssisədə İSO və digər Beynəlxalq standartlaşdırma sistemlərinin tələb etdiyi sənədləşmə işlərini həyata keçirmək
 - Tələb olunan sənədləri hazırlamaq və lazımı hesabatları və normativ sənədləri hazırlamaq;
 - Struktur bölmələri və fərdi icraçılar tərəfindən imzalamaq məqsədi ilə təqdim olunan sənədlərin müəssisə rəhbərinə vaxtında çatdırılmasına və onların düzgün tərtib edilməsinə nəzarət etmək;
 - Müəssisə rəhbəri tərəfindən təşkil edilən iclasların hazırlanmasında iştirak etmək,müşavirlərin iclaslarının protokollarının hazırlanma işlərinin həyata keçirilməsi və müəssisə rəhbərinin fərdi tapşırıqlarının yerinə yetirilməsi;
 - Qonaqların qarşılanmasını təşkil etmək, müəssisənin standartlara uyğun qaydalarında uyğunsuzluq gördükdə müəssisə rəhbərinə məlumat verməli;
 
Xüsusi tələblər
- Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsilli olmalı;
 - MS Office proqramlarını bilməli;
 - ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır)
 - Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
 - Rus dili və ingilis dili biliyi üstünlükdür
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ISO üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | Digər şirkətlər | 


