10 C
Baku
Thursday, December 12, 2024

İstehlak krediləşməsi üzrə mütəxəssis / Mikro biznes kreditləri üzrə mütəxəssis – TBC Kredit

0
İstehlak krediləşməsi üzrə mütəxəssis / Mikro biznes kreditləri üzrə mütəxəssis – TBC Kredit
26.11.2019

TBC Kredit – Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit BOKT İstehlak krediləşməsi üzrə mütəxəssis / Mikro biznes kreditləri üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Tələblər:

• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil
• Kiçik və orta biznes kreditləşməsi sahəsində ən azı bir il iş təcrübəsi arzuolunandır.
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• İngilis və rus dilindən müəyyən səviyyədə biliklərə malik olma

Öhdəliklər:

• Müştəri cəlb etmə bacarığı
• Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı
• Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq
• Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi
• Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi qabiliyyəti

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 30 dekabr 2019-cu il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (İstehlak kreditləşməsi üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi