Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Bank/Risklərin idarə edilməsi
Vəzifə: İstehlak kredit riskləri üzrə mütəxəssis
Müqavilə şərtləri: Daimi
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Başlıca öhdəliklər və məsuliyyətlər
• İri həcmli məlumat bazaları ilə işləmək;
• Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
• Bankın kredit siyasəti, metodologiyasına və Mərkəzi bankın tələblərinə riayət edilməsinə nəzarət etmək;
• Risklərin idarə edilməsi fəaliyyətinin optimallaşdırılması;
• İdarəetmə hesabatlarının hazırlanması və işlənməsi.
Namizədin Profili
• Ali təhsil (iqtisadyyat, hüquq və ya riyaziyyat sahəsində), bu sahələr üzrə olmadığı halda – kredit və ya risklərin idarə edilməsi sahəsində digər ali təhsil və ya kvalifikasiya;
• Maliyyə və ya İqtisadiyyat sahəsində minimum 3 il iş təcrübəsi;
• Analitik düşünmə bacarığı;
• Stresə davamlılıq;
• Azərbaycan və Rus dilləri üzrə biliklər;
• Bank riskləri, kredit, maliyyə, mühasibat uçotu haqqında anlayışların olması;
• Sənədlərin təhlilinin aparmaq;
• Bank sahəsi üzrə qanunvericiliyin əsasları ilə tanış olmaq;
• Təcrübəli kompyuter istifadəçisi, yüksək səviyyədə Microsoft Office biliklərinə sahib olmaq;
• Mükəmməl riyazi biliklərə sahib olmaq.
Aşağdakı tələblərə cavab verən namizədlərə üstünlük veriləcəkdir:
• Maliyyə hesabatlarının beynəlxalq standartları (IFRS 9) üzrə biliklərə sahib olmaq;
• PD LGD EAD modelləri ilə tanış olmaq;
• Riyazi modelləşdirmə üzrə biliklərə sahib olmaq;
• FRM, CFA sertifikatlarının mövcud olması.
Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib vakansiyaya müraciət edə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Risk menecer |