9 C
Baku
Friday, November 15, 2024

İstehlak kreditləri (Xaçmaz filialı) – Bank of Baku

0
İstehlak kreditləri (Xaçmaz filialı) – Bank of Baku
Xaçmaz
02.02.2021

İstehlak kreditləri üzrə kiçik ekspert (Xaçmaz filialı)

Vəzifənin təsviri

İstehlak kreditləri üzrə kiçik ekspert bankın əsas funksiyalarından biri olan kreditvermə fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir və müştərilərlə sıx işləyir. Bu vəzifə ali təhsili tamamlamış və iş təcrübəsi olmayan və ya az olan şəxslər üçün unikal inkişaf imkanıdır.

Əsas vəzifə və öhdəliklər

o Müştərilərin qəbulu və onlara kredit məhsulları haqqında məlumatların verilməsi
o Müştərilər tərəfindən verilmiş kredit ərizələrinin təhlilinin aparılmasında iştirak edilməsi
o Müsbət qərar verilmiş kredit ərizələrinin rəsmiləşdirilməsinin təmin edilməsi
o Götürülmüş kreditin ödənişi üçün müraciət etmiş müştərilərin ödənişinin qəbulu

Seçim meyarları

o İqtisadiyyat və idarəetmə sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi
o Əla Azərbaycan dili bilikləri (Rus dili və İngilis dili arzuolunandır)
o MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
o Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
o Yaradıcı və analitik düşüncə tərzi
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

o İş yeri: Xaçmaz filialı
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində İstehlak kreditləri – Xaçmaz filialı qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi