İstehlak kreditləşməsi üzrə Kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/qrup rəhbəri (Bakı/Gəncə/Bərdə/Lənkəran)
Öhdəliklər:
• Kredit sifarişlərinin qəbul edilməsi və təhlili
• Fiziki şəxslərin cəlb edilməsi və çarpaz satışın təşkili
• Müştərilərin kredit məhsullarına dair məlumatlandırılması
• Kredit sənədlərinin tərtibi
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması
Tələblər:
• Ali təhsil
• Azərbaycan dilini əla,Rus dilinin yaxşı səviyyədə olması arzuolunandır;
• MS Office məhsulları üzrə bilik;
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
• Analitik düşünmə və yüksək riyazi təhlil qabiliyyəti
Qeyd :
Kiçik mütəxəssis vəzifəsi üçün iş təcrübəsinə tələb yoxdur.
Ali məktəbi yeni bitirənlərə üstünlük verilir.
Yaş həddi – 25 yaşadək.
Mütəxəssis vəzifəsi üçün iş təcrübəsi 1 ildən artıq.
Yaş həddi – 28 yaşadək.
Aparıcı mütəxəssis vəzifəsi üçün iş təcrübəsi 3 ildən artıq.
Yaş həddi – 30 yaşadək.
Qrup rəhbəri vəzifəsi üçün iş təcrübəsi 4 ildən artıq.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (İstehlak kreditləşməsi üzrə Kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis/qrup rəhbəri) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Kredit işçisi |