8 C
Baku
Sunday, December 1, 2024

İstehsalat Direktoru – ATS Food

0
İstehsalat Direktoru – ATS Food
Şəmkir
19.11.2024

İş yeri: Şəmkir şəhəri

Vəzifə öhdəliyi: 

  • İstehsal prosesləri ilə bağlı bütün nəzarət mexanizmini həyata keçirir;
  • Gündəlik bütün istehsal sahələrində istehsal olunan məhsulların sayımını həyata keçirir;
  • Hazır məhsul anbarından satılan malların satışı mexanizminə və düzgünlüyünə nəzarət edir;
  • İstehsala verilən xammalın Sex Rəisinin təlabatına uyğun çeşidlərlə verilməsini nəzarətdə saxlayır;
  • İstehsal prosesləri zamanı ortaya çıxan  problemlərin həllində nəzarət mexanizmini həyata keçirir;
  • İstehsal olunmuş məhsulların istehlakçıya ötürülməsində bilavasitə iştirak  və nəzarət edir;
  • Buğda qəbulunda laboratoriya  analizlərindən tutmuş, tərəzidə çəkisi və silolarda yerləşdirilməsi əməliyyatına tam məsuliyyət daşıyır və həmin işlərin icrasında iştirak edir;
  • Fəhlələrin növbəlik əsasında işləməsi qrafikasını təmin edir;
  • Buğda silolarında buğdaların saxlanmasına, yerdəyişməsinə və dərmanlama işlərinin aparılmasına nəzarəti həyata keçirir;
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir;
  • İstehsalda aparılan təmizlik işlərini mütəmadi nəzarətdə saxlayır;
  • Təyin olunmuş hədəflərə nail olmaq;
  • İstehsalın təşkilinin təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını təmin etmək;
  • Sexin istehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması, əməyin normalaşdırılmasının yaxşılaşdırılmasına nəzarət etmək;
  • Həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsini həyata keçirmək;
  • İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər vermək;
  • Əməyin mühafizəsi, gigiyena qaydalarına əməl etmək;
  • Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək.

Aşağıdakı biznes proseslərdə iştirak edir:

  • İstehsal prosesinin idarə edilməsi
  • İstehsalın planlanması

 Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil ;
  • Rəhbər vəzifədə 5 il,

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Könüllü tibbi siğorta
  • Korporativ nömrə və danışıq limiti
  • Yanacaq limiti
  • Amortizasiya xərci
  • Nəqliyyat təminatı

Tələblərə cavab verən namizədlər öz CV-lərini “İstehsalat Direktoru” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.  [email protected]