İstifadəçilərə Texniki Yardım Operatoru/ İT Departamenti
Öhdəliklər:
• Telefon və ya e-poçt vasitəsilə texniki yardım istəyən müştərilər üçün ilk əlaqə nöqtəsi kimi xidmət etmək
• Diaqnostik üsulları və əlaqədar sualları istifadə edərək uzaqdan problemləri həll etmək
• Problemə və istifadəçilər tərəfindən verilən məlumatlara əsaslanan optimal bir həll tapmaq
• Problemin həlli prosesi ilə addım-addım müştərini məlumatlandırmaq
• İKT xidmətləri haqqında dəqiq məlumat vermək
• Jurnalda hadisələri və problemləri və onların həllini qeyd etmək
• Sorğunun statusunun icrasını izləmək
• İstifadəçilərdən daxil olan rəyləri və təklifləri müvafiq komanda üzvlərinə yönəltmək
• Proseduraların inkişafına dair təkliflər irəli sürmək
Tələblər:
• Ofis avtomatlaşdırma sistemlərlə, məlumat bazalarla təcrübə və uzaqdan idarəetmə bilikləri
• Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsulların yaxşı anlaşılması
• Əsas texniki problemləri təyin etmək və həll etmək bacarığı
• İngilis, Azərbaycan və Rus dillərini bilməsi
• Əla ünsiyyət bacarıqları
• Müştəri-yönümü və sakit xasiyyət
• İnformasiya texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi (arzuolunandir)
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | İT |