19 C
Baku
Friday, October 4, 2024

İT Assistenti – Umico (Competo MMC)

0
İT Assistenti – Umico (Competo MMC)
Bakı
26.09.2024

Vəzifə öhdəlikləri : 

  • Müqavilələr, ödəniş aktları, İT inventarının təmir protokolları və satınalma tarixçəsi daxil olmaqla bütün sənədlərin idarə olunmasına cavabdehlik.
  • Hüquq və maliyyə departamentləri arasında əlaqələndirici rolun yerinə yetirilməsi: müqavilələrin imzalanması, detalları dəqiqləşdirmək və hər iki tərəfdə bloklar olduqda məsələni həll etmək üçün layihə menecerinə eskalasiya etmək.
  • Daxili istifadə üçün sorğuların hazırlanması və yayılması: şöbə daxilində məlumatların toplanmasını təmin etmək məqsədilə sorğu formalarının hazırlanması.
  • Onboarding prosesinin idarə edilməsi: yeni namizədlərin məlumatlarını layihə menecerinə ötürərək onların işə daxil edilməsini təmin etmək.
  • Departamentlər (Admin, HR) və holdinq daxilindəki digər şirkətlər arasında İT məsələləri üzrə əlaqələndirici rolun yerinə yetirilməsi: sorğular əsasında layihə menecerinə eskalasiya etmək.
  • Layihə meneceri ilə əməkdaşlıq çərçivəsində İT şöbəsi daxilində təcrübə mübadiləsi platformasının işə salınması: əməkdaşların bilik və təcrübə mübadiləsi aparmalarını təmin etmək.
  • Sistem administratorları ilə əməkdaşlıqda İT avadanlığının vəziyyətinə nəzarət, qeydiyyatın aparılması və avadanlığın təmiri və ya dəyişdirilməsi təşkil etmək.

Tələblər:

  1. Ali Təhsil: Müvafiq sahədə ali təhsil.
  2. Sənədləşmə təcrübəsi: Sənədlərin idarə olunması və emalı proseslərinin bilikləri, sənədləri sistemləşdirmək və təşkil etmək bacarığı.
  3. Kommunikasiya bacarıqları: Müxtəlif şöbələr və əməkdaşlar ilə effektiv şəkildə ünsiyyət qurmaq bacarığı.
  4. Təşkilatçılıq bacarıqları: Böyük həcmdə məlumatlarla işləmək, tapşırıqları və prioritetləri bölüşdürmək, son tarixlərə riayət etmək bacarığı.
  5. İT inventarı ilə iş təcrübəsi: İT avadanlıqları və onların idarə olunması (qeydiyyat, təmir, dəyişdirmə) haqqında əsas biliklər.
  6. İnkişaf yönümlülük: Əməkdaşlar arasında təcrübə mübadiləsi platformasının işə salınması kimi yeni ideyalar təklif etmək və tətbiq etmək bacarığı.
  7. Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində intermediate səviyyəsindən aşağı olmamaq.

Şərtlər :

  • İş rejimi: 5/2
  • Iş saatları : 09:00-18:00
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş yeri : Ağ şəhər biznes mərkəzi

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni “ İT assistenti ” mövzu hissəsində qeyd etməklə [email protected]  elektron poçtuna göndərsinlər.

İşin aid olduğu sahə

KateqoriyaİT