11 C
Baku
Monday, November 25, 2024

IT Database Administrator – Azərbaycan Sənaye Bankı ASC

0
IT Database Administrator – Azərbaycan Sənaye Bankı ASC
11.10.2019

IT Database Administrator

Əsas tələblər:

– Liderlik qabilyyəti, ünsiyyət və komandada işləmək bacarıqları;
– Minumum 3 il Database inzibatçısı üzrə iş təcrübəsi;
– Ali təhsil (texniki sahə üzrə);
– Azərbaycan və ingilis dili bilikləri;
– Database miqrasiyası, ehtiyat mərkəzinin qurulması layihələrində iş təcrübəsi (HA, DR bacarıqları);
– Microsoft serverlərlə lisenziyalaşma barədə geniş məlumat;
– SQL, MSSQL, MYSQL sistemlərində peşəkar biliklər və sertifikatlar;
– T-SQL, PL-SQL üzrə biliklər;
– OracleDB barədə təcrübə və məlumat;
– DB development, optimizasiya və problem həll etmə bacarığı.

Arzuolunan:

– Programlaşdırma dillərində peşəkarlıq (C sharp, C, Python);
– Apache və İİS, web application sahələrində təcrübə;
– Şəbəkənin əsasları.

Vəzifə və öhdəliklər:

– Məlumat bazalarının işinin təşkilini, dəyişikliklərini və dayanıqlığını təmin edilməsi;
– Arxivləşdirilmənin və bazaya xidmətin avtomatlaşdırılması;
– Məlumat bazalarının monitoringi və fasiləsiz işinin təşkili;
– Yeni məlumat bazalarının qurulması və sazlanması;
– Serverlərin və bazaların əməliyyat sistemlərinin dayanma olmadan yenilənməsi, planlanması;
– Məlumat bazaları üzrə lisenziyalaşdırma və planlaşdırma;
– Məlumat bazalarının köçürülməsi və ehtiyat mərkəzində qurulması işinin təşkili və planlanması;
– Baza hesabatlarının istifadəçilər üçün təmin edilməsi;
– Windows Server və aplikasiyaların işinin təşkili.

Əlavə məlumat:

– Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] və ya [email protected] elektron ünvanına göndərə bilərlər;
– Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Verilənlər bazası üzrə inzibatçı” göstərməyiniz xahiş olunur;
– CV-lər 11.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT