7 C
Baku
Saturday, April 13, 2024

İT mütəxəssis: Naftalan – Garabag Resort & SPA

0
İT mütəxəssis: Naftalan – Garabag Resort & SPA
23.01.2020

İT mütəxəssis: Naftalan

Vəzifə öhdəlikləri:

 İT üzrə gündəlik iş üzrə bütün işləri aparmaq.
 Zədələnmiş (nasaz) kompüter sistemləri və avadanlıqların vaxtında təmirini həyata keçirtmək.
 Sistemdəki bütün məlumat və proqramların bərpa olunması qaydalarının təşkil edib idarə etmək.
 Sistem nasaz vəziyyətə düşdükdə məlumat və qəza qaydalarını yerinə yetirmək.
 İstifadəçinin bütün ərizə, müraciət, proqram və şəbəkə sistemindən istifadə etmə hüquq və parollarının vaxtında təhlükəsiz yoxlanması qaydalarını gücləndirmək.
 Digər şöbələrin təlimçilərinə otel sistemlərindən səmərəli istifadə mövzusunda lazımi təlim materialların hazırlanmasında kömək etmək.
 Otelin ofis avtomatlaşdırma sistemlərini işə salmaq və onların işinə nəzarət etmək.
 Sistemlərə, yerli ərazi şəbəkəsinə və geniş system idarəsinə yardım göstərmək.
 Bütün istifadəçilərə otelin informasiya sistemlərindən istifadə edilməsində yardım etmək.
 Sistemdəki problemləri istənilən vaxtda həll etmək.
 Qonaq tərəfindən hər hansı bir sorğu və ya təklifdən xəbərdar olmaq .
 Nəzarət etmək üçün tam praktik işə və bacarığa malik olmaq, işçi proseslərinə müvafiq olaraq təyin edilmiş işin bütün vəzifələrini yerinə yetirmək.
 Çox tapşırıqlı və periodik iş yoxlamalarını həyata keçirmək və əməkdaşlara öhdəlikləri təyin etmək.
 Mütamadi texniki avadanlıqların inventarizasiyanın aparılması.
 Müşahidə sistemində yaranan texniki problemləri həll etmək.
 Qapı kart sistemind yaranan texniki problemləri həll etmək
 Telefoniya sistemində yaranan texniki problemləri həll etmək
 Daxilolma sistemlərdə yaranan texniki problemləri həll etmək.
 Yeni layihələrdə iştirak etmək.
 İnformasiya Təhlükəsizliyə nəzərət etmək.
 İnformasiya Təhlükəsizliklə bağlı təşkil olunan tədbirlərdə iştirak etmək və dəstək göstərmək.
 Biznesin səviyyəsini öyrənmək üçün həftəlik siyahıları qrafikləşdirmək və komplektləşdirmək.
 Server otağın səliqədə saxlamaq, temperatur və soyutma sisteminə nəzərət etək.
 Server otağında olan bütün avadanlıqların və xəttlərin işarələmək.
 Server otağında daxil olma qaydalarına riayət etmək, jurnalı səliqəli aparmaq.
 Qrup İT Departamenti tərəfindən göndərilən təlimatlara və prosedurlara əməl etmək
 Qrup İT meneceri tərəfindən verilən tapşırıqların icra etmək.
 Qrup İT menecerinə hesabatların hazırlanması.
 Öz vəzifələrinin yerinə yetirmələri üçün zəruri bacarıqlara və biliyə malik olduqlarına zəmanət vermək.
 Rəhbərlik tərəfindən tapşırılan vəzifələri yerinə yetirmək.

Tələblər:

 Ali təhsil arzu olunandır.
 1 il İT mütəxəssis vəzifəsində təcrübə (texniki dəstək).
 MS Office programları
 Microsoft Windows 10 inzibatçılığı / Microsoft sertifikasiya arzu olunandır.
Microsoft Active Directory,DNS, DHCP
 LAN, WAN, VPN, WIFI, CCTV
 1c sistemi üzrə biliklər arzu olunandır
 Micros, Opera və ya Fidelio POSPMS sistemlər üzrə biliklər arzu olunandır.

Əgər yazılan tələblərə uyğun gəlirsinizsə CV-ni e-mail [email protected] ünvanına mövzuda vəzifənin adı göstərilməklə “İT mütəxəssis” 22 Fevral 2020-ci il tarixinədək göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaİT