Bərdə, Gəncə, Masallı, Quba, Sabirabad, Şəki
10.01.2023
Vəzifə Funksiyaları:
- kompüterləri, printerləri və digər avadanlıqları, habelə proqram təminatlarını quraşdırmaq, sazlamaq və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
- ofisdaxili şəbəkəni tənzimləmək və problemləri aradan qaldırmaq;
- masaüstü kompüterlərin və noutbuk avadanlıqlarının ilkin diaqnostikasını (hardware) həyata keçirmək;
- informasiya təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək;
- yeni avadanlıqların quraşdırılması və istifadəçinin təlimatlandırılması üçün işlər görmək;
- fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Vəzifənin Tutulmasına Dair Tələblər:
- ali təhsil (texniki təhsil arzuolunandır);
- müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi;
- azərbaycan dili üzrə yüksək, ingilis dili üzrə texniki səviyyədə dil bilikləri;
- sistemin ilkin anlayışları (AD, DHCP, DNS və s.)
- şəbəkənin ilkin anlayışları (OSI, TCP/IP, VLAN, Cabling Standarts)
- ilkin virtualizasiya və bulud texnologiyaları haqqında anlayışlar;
- şəbəkə printerləri ilə iş üzrə bilik və təcrübə;
- kompüter avadanlığının təmiri və montajı;
- dəyişkən iş saatlarına uyğunlaşa bilmə;
- ezamiyyəyə gedə bilmə imkanı;
- sürücülük vəsiqəsi mütləqdir.
Üstünlük göstəriciləri:
- Comp TİA A+ və digər beynəlxalq İT sertifikatları;
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- məsuliyyətlilik;
- etibarlılıq və dürüstlük;
- inkişafa yönümlü və innovativlik;
- operativlik və çeviklik;
- təşəbbüskarlıq və təşkilatçılıq;
- nəticəyə hədəfli;
- komanda işi.
Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “İT mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT |