IT təhlükəsizlik üzrə mütəxəssis – Ziraat Bank Azərbaycan

    Bakı
    Posted 4 weeks ago

    Vəzifəyə olan tələblər:

    • Texniki ali təhsil;
    • Bank sektorunda iş təcrübəsi;
    • 3 ildən artıq məlumat sistemləri, İT nəzarət və qiymətləndirmə, İT təhlükəsizlik, İT audit və ya İT risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
    • Bank qaydalarına və/və ya audit standartlarına dair məlumatının olması;
    • Güclü komanda işləri və layihə idarəetmə təcrübəsinin olması;
    • Müəyyən olunmuş müddət daxilində işi nəticələndirmək  qabiliyyəti;
    • Analitik düşünmə bacarığı;
    • Rus və ingilis dili bilikləri;
    • SIEM , DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
    • Şəbəkə və sistem təhlükəsizliyi üzrə biliklər.

    Əsas vəzifələr:

    • Bankın informasiya təhlükəsizliyini qorumaq;
    • Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək;
    • İT fövqəladə hallar planı ilə işləmək;
    • Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
    • Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
    • Texniki avadanlığın iş təhlükəsizliyini nəzarət etmək və serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
    • İnformasiya təhlükəsizliyini qorumaq üçün daim təkmilləşdirilmə işlərini irəli sürmək , o cümlədən sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunmasını təmin etmək;
    • Sistemlərin dayanıqlığının təmin olunmasına daim nəzarət etmək;
    • Antivirus programlarına və firewalların düzgün sazlanmasına və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
    • Sistemlərin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün Bankın Ehtiyat Mərkəzinin dayanıqlığını yoxlamaq.

     

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını İyul ayının 31-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində  “IT təhlükəsizlik” qeyd etməyiniz vacibdir.

     

    İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq

    Job Features

    Job CategoryBank və BOKT işçisi, İT

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.