AFB Bank Təhlükəsizlik Strukturu “İT Təhlükəsizlik üzrə Menecer” vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Menecer
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• İT sahəsi üzrə 5 il, İnformasiya təhlükəsizliyi üzrə 2 il iş təcrübəsi;
• MS Office proqramları ilə işləmək bacarığı;
• Linux, Windows, Active Directory, Network Technology, Firewall, SİEM ,DLP haqqında biliklər;
• Şəbəkə Skaneri ilə işləmək bacarığı;
• Korporativ antivirus proqram təminatında işləmək bacarığı;
• İT Audit haqqında biliklər;
• Anatilik düşüncə, təhliletmə bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
• Bankda mövcud olan elektron sistemlərinin və korporativ şəbəkənin məlumat təhlükəsizliyi siyasətini və konsepsiyasını hazırlayıb tətbiq edir, həmin siyasəti və konsepsiyanı Mərkəzi Bankın tələblərinə, AR-ın qanunvericiliyinə, dövlət və beynalxalq standartlara (İSO, COBIT və s.) uyğunlaşdırır;
• Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsini müəyyən edir, müvafiq profaylları və şablonları yaradır;
• Bankda mövcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və məlumat təhlükəsizliyi tədbirlərini hazırlayıb tətbiq edir;
• Bank sirri xarakterini daşıyan məlumatların təhlükəsizliyini təmin edilməsi məqsədi ilə məlumat təhlükəsizliyi sistemlərinin imkanlarından istifadə edərək, Bankda aparılan məlumat mübadiləsinə nəzarəti təmin edir, həmin sistemlər tərəfindən yaradılan elektron jurnallara nəzarət edir;
• Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə mövcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik tədbirlərini həyata keçirir;
• Bankın informasiya sistemlərində və korporativ şəbəkəsində baş verən hadisələrin elektron jurnallarının arxivləşməsini və saxlanılmasına nəzarət edir, hadisələri təhlil edir, təhlil nəticəsində müvafiq struktur bölmələri ilə birgə lazımi tədbirlər görür;
• Fiziki Təhlükəsizlik sahəsi ilə birlikdə elektron mühafizə sistemlərini hazırlayıb tətbiq edir, həmin sistemlərin mütəmadi olaraq baxışını və yenilənməsini təmin edir;
• Əsas və ehtiyat SWİFT-modullarının və onlara bağlı şifrlənmə sistemlərinin və davamlı işinə nəzarət edir;
• Təcili pul köçürmə sistemləri, SWİFT, mövcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri üçün müvafiq elektron açarlarının, parolların, sertifikatların və s. təhlükəsizliyini və yenilənməsinə nəzarət edir;
• Bankda tətbiq olunan yeni proqram və aparat təminatının təhlükəsizlik standartlarına uyğun işləməsinə nəzarəti həyata keçirir;
• Məlumat təhlükəsizliyi insidentləri baş verən halda iş proseslərini bərpa etmək üçün Bankın işçilərinin hərəkətlərini əlaqələndirir;
• Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinin pozulmaması üçün maarifləndirici və qabaqlayıcı tədbirlər görür, müntəzəm təlimlər keçirir, onların məlumat təhlükəsizliyi üzrə məsuliyyətlərini izah edir;
• Bankın elektron xidmətləri (kart, internet və mobil bankçılıq və digər elektron xidmətlər) zamanı məlumat təhlükəsizliyi risklərinin minimalaşdırılması üçün təkliflər hazırlayır;
• Bankın informasiya sistemlərin dağıdılması, oğurlanması, talanması hallarının qarşının alınması uçun daxili qayda və tədbirlər planlarını hazırlayır, müvafiq təsdiqdən sonra onların icrasını təşkil edir;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İT Təhlükəsizlik üzrə Menecer” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, İT |