Bakı
08.07.2021
Vəzifəyə olan tələblər:
- Texniki ali təhsil;
- Bank sektorunda iş təcrübəsi;
- 3 ildən artıq məlumat sistemləri, İT nəzarət və qiymətləndirmə, İT təhlükəsizlik, İT audit və ya İT risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
- Bank qaydalarına və/və ya audit standartlarına dair məlumatının olması;
- Güclü komanda işləri və layihə idarəetmə təcrübəsinin olması;
- Müəyyən olunmuş müddət daxilində işi nəticələndirmək qabiliyyəti;
- Analitik düşünmə bacarığı;
- Rus və ingilis dili bilikləri;
- SIEM , DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə biliklər;
- Şəbəkə və sistem təhlükəsizliyi üzrə biliklər.
Əsas vəzifələr:
- Bankın informasiya təhlükəsizliyini qorumaq;
- Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək;
- İT fövqəladə hallar planı ilə işləmək;
- Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
- Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;
- Texniki avadanlığın iş təhlükəsizliyini nəzarət etmək və serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
- İnformasiya təhlükəsizliyini qorumaq üçün daim təkmilləşdirilmə işlərini irəli sürmək , o cümlədən sanksiya olunmamış daxili və xarici müdaxilələrdən qorunmasını təmin etmək;
- Sistemlərin dayanıqlığının təmin olunmasına daim nəzarət etmək;
- Antivirus programlarına və firewalların düzgün sazlanmasına və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Sistemlərin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün Bankın Ehtiyat Mərkəzinin dayanıqlığını yoxlamaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını İyul ayının 31-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “IT təhlükəsizlik” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, İT |