7 C
Baku
Thursday, December 12, 2024

İT Təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis- Rabitabank OJSC

0
İT Təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis- Rabitabank OJSC
29.04.2019

“Rabitabank” ASC  İT Təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

• Bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə Baş Ofis və filiallarda monitorinq həyata keçirmək;
• Ödəniş kartları komponentləri və məlumatlarına avtorizasiya olunmamış çıxış mümkünlüyünün istisna olunması;
• Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanması;
• Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması tədbirlərini görülməsi;
• İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, analizi və ümumiləşdirilməsi;
• Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi;
• İT hadisəsi haqqında alınmış informasiyanın analizin həyata keçirilməsi və onun təsnifatı;
• Təsvir olunmuş reqlamentlərə müvafiq olaraq İT insidentlərinə vaxtında reaksiya verilməsinin təmin edilməsi;
• Qeyri-standart İT vəziyyəti /insidenti baş verdikdə birbaşa rəhbərin dərhal məlumatlandırılması və həmin insident aradan qaldırılması əməliyyatlarının işlənib hazırlanması;
• İT insidentlərinə reaksiya verilməsi reqlamentinə yenidən baxılması və onun aktual vəziyyətdə saxlanması;
• İstifadəçilərin hüquqlarının dəyişdirilməsi / istifadəçilərin ləvğ olunması və ya yaradılması;
• Windows, Unix/Linux, istifadəçilərinin uçot qeydlərinin çoxsaylı bloklanmaların uçotu;
• Şəbəkə təhlükəsizliyi avadanlıqlarının konfiqurasiyası və monitorinq olunması;
• İnfrastrukturda olan boşluqların aşkar olunması və aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi;
• Antivirus proqram təminatının saz vəziyyətdə olmasına nəzarət;
• Sektorun ən yaxşı təcrübələrinə(ISO, ISACA, SANS, NIST və s.) və tənzimləyici orqanların tələblərinə (ARMBNP, ARMB, CERT, PCI DSS, VISA/Mastercard, və s.) əsasən İnformasiya Təhlükəsizliyi və İT Risk  idarə edilməsi üzrə çərçivənin  inkişaf etdirilməsi, tətbiq edilməsi və monitorinqi;
• İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, və qaydaların işlənib hazırlanması;
• Tənzimləyici orqanlar ilə işgüzar əlaqələrin saxlanması(ARMBNP, ARMB, CERT, PCI DSS, VISA/Mastercard, və s.);
• Üçüncü tərəflər, vendorlarla idarə etmə proqramlarının, İnsident cavablandırma planının, Biznes Davamlılığı Proqramının  inkişaf etdirilməsi və saxlanılmasının təmin edilməsi;
• İşçilərin İnformasiya təhlükəsizliyi sahəsində məlumatlandırılması ilə bağlı treyninqlərinin keçirilməsi.

Namizədə olan tələblər:

• Müvafiq sahə üzrə ali təhsil;
• Məxfilik, diqqət, analiz etmək;
• Komanda tərkibində işləmə qabiliyyəti;
• Qərarvermə və problem həlletmə qabiliyyəti;
• Azərbaycan və rus dillərində sərbəst ünsiyyətqurma qabiliyyəti;
• İT sahəsində ən azı 5, İnformasiya Təhlükəsizliyi sahəsində minimum 2 il iş təcrübəsi;
• İnformasiya təhlükəsizliyi sahəsində biliklər  (ISO, ISACA, SANS, NIST və s.);
• İnformasiya texnologiyaları idarə edilməsi və İT idarəetmə çərçivəsi üzrə biliklər (COBIT, ITIL və s.);
• Müvafiq sahə üzrə tənzimləyici orqanların normativ hüquqi sənədlərini bilmək (ARMBNP, ARMB, CERT, PCI DSS, VISA/Mastercard, və s.);
• İT sistemlər üzrə biliklər (Windows/*nix OS, Virtualization technologies, Network technologies, Network Firewalls, IDS/IPS, WAF, SIEM, DLP, Endpoint Security və s.).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İT Təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis  göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected] 
Telefon: (012) 598 44 88, 
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaİT