Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: İT texnik (Helpdesk)
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil
Yaş həddi: 22 – 32 yaş
İşin Təsviri: İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət.
Vəzifə öhdəlikləri:
– İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət;
– “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
– İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması.
Tələblər:
– Windows XP/WIN7/WIN8.1/WIN10;
– WIN server 2003/ 2008 R2 / 2012 R2/ 2016 idarə edilməsi, Active Directory, DNS, DHCP server, Routing and remote access, NAT, VPN, DHCP relay agent, Web server idarə edilməsi bacarığı olanlara üstünlük veriləcək;
– Kabellərin sonlandırılmasını bilməli (Fiber optik kabellərlə iş bacarığı olanlara üstünlük verilir);
– Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı olmalı;
– Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqlarının aradan qaldırılmasını bacarmalı;
– Rack kabinlərin yığılmasını bacarmalı;
– Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı olmalı;
– Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı olmalı (remote service);
– Backup texnologiyaları biliyi olmalı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– Əmək müqaviləsi.
İş qrafiki: 6 günlük (növbəli)
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “İT texnik (Helpdesk) ” yazıb göndərməklə müraciət edə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | İT |