Company: Kontakt Home
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: İT üzrə kiçik mütəxəssis
Vəzifələr:
• İstifadəçilərdən müraciətlərin qəbul edilməsi və texniki xidmətin həyata keçirilməsi
• Noutbuk, masaüstü kompüterlər, printerlər və digər avadanlıqlar (o cümlədən şəbəkə avadanlıqları), proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
• Ofis daxili şəbəkənin tənzimlənməsi, problemlərin aradan qaldırılması (ehtiyac olduğu halda kabeli çəkmək və qoşmaq);
• Əsas və kənar ofislərə yerində və uzaqdan İT dəstək göstərmək;
• Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, proqram təminatı və avadanlıqların monitorinqi;
• PC və Noutbukların ilkin diaqnostikası ( hardware);
• Ehtiyac olduğu təqdirdə ölkə daxili ezam olunma imkanı.
Zəruri tələblər:
• Ali təhsil (texniki təhsil arzu olunandır)
• İT sahəsində iş təcrübəsi – 1 ildən artıq
• Windows client və server əməliyyat sistemlərini bilməli
• Active Direcoty, MS Exchange, Vmware üzrə baza biliklərinin olması
• TCP/IP, LAN/WAN , DHCP, DNS, RDP üzrə biliklər
• AP, Switch, Network Printers, Scanners və s. avadanlıqların sazlanmasını bacarmalı
• Backup sistemləri üzrə biliklərin olması ( Acronis, Norton and etc)
Arzu olunan tələblər:
• İP telefon sistemləri ilə iş təcrübəsi
• 1C proqramı haqda ümumi məlumat
İş şəraiti:
• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00 – 18:00
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İT üzrə kiçik mütəxəssis” qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | İT |