Modenis MMC / eManat
Vəzifə adı: JAVA Proqramçı
Namizədə qoyulan tələblər:
• Müvafiq sahədə ali təhsil;
• Proqramlaşdırma üzrə azı 1 il iş təcrübəsi;
• Proqramlaşdırma bilikləri üzrə tələb olunur: Java, JDBC, REST, SQL, JavaScript, XML, CSS, JSON
• OYP (OOP) layihələrin tətbiqi və işlənməsi;
• RDBMS, SQL bilikləri;
• Proqramlaşdırma və alqoritm qurma bacarığı və analitik – alqoritmik düşünmə qabiliyyəti;
• Komanda şəklində işləmə bacarığı;
• Effektiv və strukturlu proqram kodu yazma qabiliyyəti;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;
Vəzifə öhdəlikləri:
• Xidmətlərin XML konfiqurasiyalarının portalda yığılması.
• Periodik olaraq testerlərlə birgə yeni qoşulan xidmətlərin test olunması.
• İntranet sistemində yeni xidmətlərin yoxlama sorğularının quraşdırılması.
• İntranet sisteminin optimizasiyası.
• Ödəniş sisteminin loglarının analiz olunması (xəta olarsa).
• Şirkətin və ya Departamentin digər şöbələrinin tələblərinə uyğun olaraq alətlərin hazırlanması.
• Mövcud XML konfiqurasiyalarda tələblərə uyğun düzəlişlərin aparılması.
• Ödənişlərin yoxlanması və üzləşməsi üçün müvafiq alətlərin yazılması.
• Ödənişlərdə yaranan problemləri analiz etmək və qarşısını alma tədbirlərinin görülməsi.
• Windows, Web və Mobil API işləmələri.
• Ödəmə sisteminin analizi və problemlərin həlli
İş şəraiti :
1. Ofis daxili.
2. Nahar yeməyi şirkət tərəfindən verilir.
3. İş rejimi: Həftənin 5 günü tam, 6-cı gün aylıq növbəli iş
4. Tibbi sığorta
Maraqlananlardan xahiş olunur öz CV lərinizi [email protected] email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “JAVA Proqramçı” yazılmalıdır.
İşin aid olduğu sahə
Kateqoriya | İT |