-3 C
Baku
Sunday, December 15, 2024

Junior System Administrator – Xalq Sığorta

0
Junior System Administrator – Xalq Sığorta
Bakı
18.12.2023

Tələb olunan bilik və bacarıqlar:
Şəbəkə bilikləri – OSI layer, IP Subnetting;
System bilikləri – Active Directory, HCI, VMware, vCenter, Mail Exchange, Development Servers, Veeam Backup, Update, Storage, Virtualization, End Point Security, DR Site, Functional Servers, Proxy, Logging-Audit, Ticketing System, Linux Servers;
Əsas və Ehtiyat mərkəzlərin (Test mühitin) qurulması və idarə olunması;
DNS İdarəçiliyi (DNS recordların idarə edilməsi (Public və daxili))
Antivirus (Yükləmə, silmə, filterlər və.s idarə edilməsi)
Server İdarəçiliyi (Yeni server qurma, disk həcmi dəyişmək, Windows firewall və.s)
Monitorinq (Disk həcmləri, performance, və.s)
Sertifikat idarəçiliyi (Seritfikatların yenilənməsi, yüklənməsi və.s)
System Administrator sahəsində Microsoft sertifikatların olması mütləqdir (Linux Sertifikatları arzu olunandır);
Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili, rus dili -arzuolunandır;
Namizədə dair gözləntilər:
Konfidensiallığın qorunması;
Κomandada işləmək bacarığı;
Məsuliyyətli;
Şəxsi inkişafa meyilli.
Xüsusi tələblər:
Ali texniki təhsil (Riyaziyyat, Kompüter Elmləri, Komputer mühəndisliyi üzrə bakalavr dərəcəsi);
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (Bank və sığorta sahəsi üzrə arzuolunandır);
Vəzifə öhdəlikləri:
IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və auditini aparmaq;
Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Junior System Administrator) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta