Kadr işləri üzrə mütəxəssis (“MKT- Bərdə” Filialı )
MKT-İK MMC (Pambıq müəssisəsi) “MKT Bərdə” Filialına Kadr işləri üzrə mütəxəssis vakansiyasına işçi axtarır.
Vəzifə funksiyaları
• Müəssisənin işə qəbul proseduruna uyğun yeni iş elanlarının yerləşdirilməsi, işə müraciət edən namizədlər ilə müsahibələrin təşkil edilməsi və uyğun namizədlərin işə qəbul edilməsi;
• İşə qəbul edilən işçilərin müqavilələrin hazırlanması, şəxsi işlərinin hazırlanması;
• İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
• Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
• İşçilərin Davamiyyət jurnalına nəzarət edilməsi;
Tələblər
• Ali təhsilin olması;
• Kadrlar üzrə mütəxəssis olaraq minimum 1 illik iş təcrübəsi.
• Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
• Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilmək;
• MS Office proqramları bilikləri;
• Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
• 1C proqram biliyi arzu olunandır;
İş qrafiki: 6 günlük, I – V 09:00-17:00, VI 09:00 – 14:00
Müraciət qaydaları: CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Kadr işləri üzrə mütəxəssis” yazmaqla müraciət edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |