15 C
Baku
Friday, November 15, 2024

Kadr uçotu üzrə mütəxəssis – XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

0
Kadr uçotu üzrə mütəxəssis – XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Bakı
06.10.2023

İş rejimi: 09:00-18:00 (həftədə 40 saat)

Tələb olunan təhsil səviyyəsi:

  • İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə bakalavr dərəcəsi;
  • Magistratura dərəcəsi üstünlük hesab edilir.

Tələb olunan biliklər:

  • Əmək qanunvericiliyi;
  • İdarəetmədə müvafiq sənədləşmənin və kargüzarlıq işinin aparılmasına dair qanunvericiliyi;
  • Əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Qanunlarını, müvafiq icra hakimiyyəti orqanlarının normativ- hüquqi və normativ xarakterli aktları;
  • İKT və yüksək səviyyədə MS Office;
  • İdarəetmədə müvafiq sənədləşmənin və kargüzarlıq işinin aparılmasına dair qanunvericiliyi;
  • Yüksək səviyyədə Azərbaycan dili (C2) və İngilis dili (B1) yazılı və şifahi dil bilikləri.

Tələb olunan səriştəliklər:

  • Kritik düşünmə;
  • Problem həll etmə;
  • Ünsiyyət;
  • Özünü motivə etmə və öyrənmə;
  • Əməkdaşlıq;
  • Səbirlilik;
  • Daxili və xarici müştəri yönümlülük;
  • Təqdimat üsulları;
  • Ədalətlilik və məsuliyyətlilik;
  • Məntiqi təffəkkür;

Tələb olunan bacarıqlar:

  • Əməkdaşlar ilə səmərəli ünsiyyət qurma;
  • Effektiv iş planlaşdırma;
  • Kommunikasiya texnologiyalarından səmərəli istifadə etməyi bacarmaq;
  • Oxu və riyazi savadlılıq;

Əsas vəzifə öhdəlikləri:

  • “Kadr uçotu üzrə mütəxəssis” vəzifəsində çalışacaq şəxsin əsas funksiyası kadr seçiminə uyğun olaraq işə qəbulu təsdiq edilmiş şəxslərin işə qəbulu prosedurlarını həyata keçirməkdən ibarətdir. Əmr və müqavilələri hazırlamaq, əmək kitabçalarını əmrlər əsasında doldurmaq,
  • Kadr sənədləşməsinə mütəmadi nəzarət etmək, müvafiq qurumlara təqdim olunacaq adiyəti hesabatları hazırlamaq, İşçilərin şəxsi işlərini formalaşdırmaq və qeydiyyatını aparmaq, əcnəbi işçilər üçün iş icazələrini almaq, işçilərə ödəniləcək əmək haqqıları hesablamaq, işdən azad olunma prosedurlarını aparmaq, işçilərin məzuniyyətinin, icazə və işə davamiyyətinin uçotunu aparmaqdır.

İş təcrübəsi:

Sahə üzrə ən azı 1 il iş təcrübəsi.
Qeyd: CV göndərmək istəyən namizəd aşağıdakı mail adresinə göndərə bilər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər