14 C
Baku
Monday, September 30, 2024

Kapital bazarına nəzarət şöbəsi \ Şöbə rəisi – Azərbaycan Mərkəzi Bankı

0
Kapital bazarına nəzarət şöbəsi \ Şöbə rəisi – Azərbaycan Mərkəzi Bankı
Bakı
04.04.2023

Vakansiyanın təsviri

  • Kapital bazarı üzrə AMB-nin siyasətinə əsasən qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondlarının və onların idarəçilərinin fəaliyyətinə nəzarətin, növbəti və növbədənkənar yoxlamaların, hərtərəfli və məqsədli yoxlamaların həyata keçirilməsinin təşkili;
  • Kapital bazarında təhdid yaradan risklərin müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi, monitorinqinin aparılması və mitiqasiyası ilə təkliflərin hazırlanmasının təşkili;
  • Qiymətli kağızlar bazarında sui-istifadənin qarşısının alınması istiqamətində, habelə manipulyasiyalara və insayd məlumatları istifadə etməklə keçirilən əməliyyatların qarşısının alınması üçün müvafiq tədbirlərin təşkili;
  • Zəruri hallarda aktivlərin dondurulmasında və həbsin qoyulmasında iştirak;
  • Lisenziya almadan nəzarət və tənzimləmə dairəsində daxil olan fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırıması barədə tədbirlərin təşkili;
  • Emitentlər tərəfindən hesabatların təqdim edilməsinə, məlumatların açıqlanmasına və “Məlumatların Elektron Açıqlanması Sistemin”nə daxil olunmasına nəzarətin təşkili;
  • Müvafiq qanunvericiliyin tələblərini pozan şəxslərə icrası məcburi göstərişlərin, habelə digər inzibati icraat tədbirlərinin tətbiqi üzrə təkliflərin hazırlanması;
  • Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin fəaliyyəti üzrə müvafiq sorğulara rəyin verilməsi, o cümlədən, qanunvericiliyə uyğun olaraq nəzarət subyektlərin ləğvi ilə əlaqədar təkliflərin verilməsi;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması işinin təşkili;
  • Müvafiq normativ metodoloji bazanın hazırlanması və təkmilləşdirməsində iştirak.

Xüsusi tələblər

  • Təhsil İqtisadiyyat  Ali təhsil , Maliyyə Ali təhsil  , Hüquq Ali təhsil
  • Texniki biliklər Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun Yüksək səviyyədə
  • Qiymətli kağızlar bazarı haqqında qanun Yüksək səviyyədə
  • İnvestisiya fondları haqqında qanun Yüksək səviyyədə
  • Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri Yüksək səviyyədə
  • Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza Yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat Yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri Yüksək səviyyədə
  • Maliyyə hesabatlığı Yüksək səviyyədə
  • İnvestisiya portfelinin idarə olunması Yüksək səviyyədə
  • Təcrübə Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda iş təcrübəsi 5 il
  • Dil bacarığı Azərbaycan dili Yüksək səviyyədə , İngilis dili Yaxşı səviyyədə
  • Kompüter bacarığı MS Office proqramları, xüsusilə MS Excel Yaxşı səviyyədə
  • Sertifikatlar CFA, ACCA, CİMA və ya kapital bazarı sahəsində digər peşəkar sertifikatlar Arzuolunandır
  • Analitik təhlil etmə
  • Araşdırma aparma
  • Məsuliyyətlilik
  • Stressə davamlılıq
  • Təşəbbüskarlıq
  • Ünsiyyətqurma və komandada işləmə
  • Vaxtın idarə edilməsi
  • Liderlik kompetensiyaları
  • Dəyişikliklərin idarəedilməsi
  • İdarəetmə
  • Qərar qəbuletmə
  • Təşkilatçılıq və planlaşdırma

 

Müraciət üçün (CV)https://www.cbar.az/hr/f?p=100:106

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi