10 C
Baku
Wednesday, December 11, 2024

Karqo üzrə layihə rəhbəri – Azərpoçt

0
Karqo üzrə layihə rəhbəri – Azərpoçt
Bakı
18.10.2023

Vəzifə öhdəlikləri:

  • Əməliyyatların vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
  • Şirkətin ümumi məqsədlərinə və bazar tendensiyalarına uyğun olaraq karqo layihəsi üçün hərtərəfli strateji planlar hazırlanması və icra edilməsi;
  • Əməliyyat maneələrini və təkmilləşdirilməsi lazım olan sahələrin müəyyən edilməsi; səmərəliliyin artırılması və prosesləri sadələşdirmək üçün strategiyalar hazırlanması və həyata keçirilməsi;
  • İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
  • Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
  • Layihələrin məqsədəuyğun icrası üçün əlaqələrin qurulması;
  • Müvafiq alət və üsullardan istifadə edərək layihə fəaliyyətinin qiymətləndirilməsi;
  • Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək problemlərin həll edilməsi
  • Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət etmək və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edilməsi;
  • Yüklərin sənaye standartlarına və qaydalarına uyğun olaraq idarə olunmasını, saxlanmasını və daşınmasını təmin etmək üçün keyfiyyətə nəzarət tədbirlərini həyata keçirilməsi və tətbiq edilməsi;
  • Layihə çərçivəsində yarana biləcək riskləri müəyyən etmək, qarşısını alınması üçün tədbirlər planı hazırlanması və tətbiq edilməsi;
  • Ondan asılı olan layihə və ya layihələrin baş planı, büdcə və iş proqramlarının hazırlanması, lazım olduğu təqdirdə təftiş edilməsi;
  • Gündəlik hesabatların hazırlanması və rəhbərliyə çatdırılmasını təşkil etmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (Menecment, Biznesin idarə edilməsi);
  • Karqo şirkətlərində idarə etmə üzrə minimum 2 il iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • Əla ünsiyyət və təqdimat bacarığı;
  • Analitik düşüncə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
  • Ünsiyyətcillik, komandada işləmə və liderlik bacarıqları;
  • Sənədlərin idarə edilməsi və layihə idarəetmə vasitələrindən istifadə etmək bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
  • Korporativ nömrə ilə təmin olunma ;
  • Bazar rəqabətli əmək haqqı ;
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Karqo üzrə layihə rəhbəri” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər