Vakansiyanın adı: Karyeranın idarə edilməsi şöbəsinin mütəxəssisi
Vakansiyanın kodu: V19100119/2
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: İnsan resursları İdarəsi
Vakansiya üzrə struktur: Karyeranın idarə edilməsi şöbəsi
Ödəniş növü: Vaxtamuzd
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 1 il
Tələb olunan komputer bilikləri: Ofis proqramları – yaxşı səviyyədə
Tələb olunan xarici dil bilikləri:
Rus dili – yaxşı səviyyədə;
İngilis dili – əla səviyyədə.
Vəzifə üzrə tələb olunan biliklər:
– Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
– Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması;
– Sənədləşdirmə və hesabatların tərtib edilməsi;
– İnsan resurslarının idarə edilməsinə dair biliklər (insan resurslarının planlaşdırılması, karyeranın idarə edilməsi, xidməti fəaliyyətin qiymətləndirilməsi);
– Təlimlərin təşkil olunması.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
– Araşdırma, təhlil, müqayisə və qərar vermək bacarığı;
– Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı;
– Təşəbbüskarlılıq, yeniliklərə adaptasiya bacarığı;
– Analitik düşüncə bacarığı;
– Kollektiv və fərdlərarası münasibətlərin qurulması və qorunması bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
– İqtisadiyyat və yaxud idarəetmə sahəsində ali təhsil;
– İnsan resursları sahəsində beynəlxalq sertifikat (SHRM, CIPD, CHRM);
– MS Office Project proqramı;
– Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək;
– Karyeranın idarə edilməsi sahəsində və təlimlərin təşkil olunması prosesində təcrübə;
– Xidməti fəaliyyətin qiymətləndirilməsi;
– İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması.
Vəzifə öhdəlikləri:
– Karyera inkişaf planlarının icrasını təmin etmək məqsədilə fərdi inkişaf planlarına uyğun olaraq işçilərin peşəkarlıq və fərdi keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi;
– İşçilərin vəzifə (peşə) tələblərinə uyğunluğunun aşkarlanması və istedadların müəyyən edilməsi məqsədilə onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin və bundan irəli gələn tədbirlərin icrasının təmin edilməsi;
– Əməyin stimullaşdırılmasına nail olmaq məqsədilə istedadların müəyyən edilməsi, kadr ehtiyatı bazasının formalaşdırılması, karyera və fərdi inkişaf planlarının hazırlanması;
– İnsan resurslarının idarə edilməsi ilə bağlı statistik məlumat bazasının və hesabatlılıq sisteminin qurulması;
– Kadr potensialına olan tələbatın təhlilinin və proqnozlaşdırmasının, habelə Cəmiyyətin kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılmasının həyata keçirilməsi.
Vakansiyanın elan olunma tarixi: 29.10.2019
Son müraciət tarixi: 11.11.2019
Vakansiyaya müraciət etmək üçün link və ya e-mail ünvanı: https://ady.az/az/career/vacancy/69/1788
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Dövlət qurumları |