Vəzifə: Kassa bölməsi / Kassir – əməliyyatçı (Böyük və kiçik mütəxəssis)
Tələblər:
– Ali riyazi, iqtisadi təhsil;
– Kassa sahəsində 1-2 il iş təcrübəsi;
– 23-30 yaş aralığı
– Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (İngilis dili biliyi arzu olunandır);
– Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
– Çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
– Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
– Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
– Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
– KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.
Biz sizə nələr təklif edirik:
– Azərbaycanın aparıcı banklarının birində iş;
– Tibbi sığorta;
– Stabil əmək haqqı;
– Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
– Professional və maddi inkişaf perspektivləri.
Maraqlanan şəxslər öz CV-lərini, müvafiq başlıq ilə [email protected] email ünvanına göndərə bilər.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Əməliyyatçı |