15 C
Baku
Sunday, April 14, 2024

Keyfiyyətin İdarəedilməsi Departamentinin Rəhbəri – Avrora

0
Keyfiyyətin İdarəedilməsi Departamentinin Rəhbəri – Avrora
21.01.2020

Keyfiyyətin İdarəedilməsi Departamentinin Rəhbəri

Tələblər:

• Ali təhsil (Qida məhsulları mühəndisi (Qida təhlükəsizliyi))
• Vəzifə üzrə 5 ildən az olmayaraq iş stajına malik olan ;
• MS- Excel, Word, Power Point proqramları bilikləri;
• Azərbaycan Respublikası Qida Təhlükəsizliyinə dair hüquqi aktlar üzrə biliklər;
• Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu üzrə bilirklər;
• İstehlakçıların hüquqlarının müdafiəsi haqqında biliklər;
• Fitosanitar nəzarət haqqında qanun üzrə biliklər.

Vəzifə Öhdəlikləri:

• Şirkətin keyfiyyət strateqiyasını formalaşdırmaq;
• Beynəlxalq standartlara uyğunluq prinsipini tətbiq etmək;
• Bütün sahələrdə mütəmadi olaraq standartlara uyğunluğun yoxlanılması;
• Standartlardan yayınma hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər planının işlənib hazırlanması;
• Keyfiyyəti ölçmə mexanizmləri yaratmaq;
• İstehsal prosesinin yüksək keyfiyyət prinsipləri ilə işləməsi üçün, daim təkmilləşdirmə işlərinin aparılması;
• Departamentin işinə rəhbərlik etmək;
• Departamentin əməkdaşları arasında iş bölgüsünü aparmaq;
• Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsini təmin etmək;
• Departamentin işçiləri tərəfindən əmək intizamına riayət edilməsinə və vəzifələrin vaxtında və düzgün icrasına nəzarəti həyata keçirmək;
• Departamentin işçiləri üçün icrası məcburi olan göstəriş və tapşırıqlar vermək;
• Departamentin işçilərinin əmək fəaliyyətinin nəticələrinə görə onların həvəsləndirilməsi və ya intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı şirkət rəhbəri qarşısında vəsatət qaldırmaq.

İş şərtləri:

• İş qrafiki: 09:00 – 18:00, Şənbə və Bazar günləri istirahət günü
• İş yeri: Hökməli qəs.;
• Nahar şirkət tərəfindən təmin edilir;
• Əmək haqqı: Razılaşma əsasında.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətin İdarəedilməsi Departamentinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər