7 C
Baku
Thursday, December 12, 2024

Keyfiyyətə nəzarət üzrə mütəxəssis – AQTİ

0
Keyfiyyətə nəzarət üzrə mütəxəssis – AQTİ
Bakı
17.05.2024

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) keyfiyyətə nəzarət üzrə mütəxəssis və böyük mütəxəssis vəzifələrinə peşəkar kadrları işə dəvət edir.

İşə qəbul üçün kimya mühəndisliyi, biologiya, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, sertifikatlaşdırma və standartlaşdırma və digər oxşar ixtisaslar üzrə ali təhsilli şəxslər müraciət edə bilərlər. Eyni zamanda onların müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi, həmçinin ünsiyyət qurma, kompüterdən istifadə (Microsoft Office), “ISO 17025:2017 Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair tələblər”i və “ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”i tətbiqetmə bacarıqları olmalıdır. İşə qəbul üçün müraciət edənlərdən Azərbaycan dili ilə yanaşı, ingilis dilini bilənlərə, eləcə də “ISO 22000:2018 Qida təhlükəsizliyi idarəetmə sistemləri – Qida zəncirindəki bütün təşkilatlara tələblər”, “ISO 17065:2012 Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər”, “ISO 17021-1:2015 Uyğunluğun qiymətləndirilməsi. İdarəetmə sistemlərinin auditi və sertifikatlaşdırmasını təmin edən təşkilatlara dair tələblər”, “ISO 17020:2012 Uyğunluğun qiymətləndirilməsi. İnspeksiya həyata keçirənn müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartlarının tətbiqində iştirak etmiş namizədlərə üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən şəxslər anket formalarını (CV) 31.05.2024-cü il tarixədək mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız müvafiq tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər