10 C
Baku
Saturday, November 16, 2024

Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis – Araz Supermarket

0
Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis – Araz Supermarket
Bakı
04.09.2020

Araz Supermarketlər Şəbəkəsi Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

– ISO 9001:2015, FSSC 22000 beynəlxalq standartlarının tələblərini tətbiq etmək və tələblərə müvafiq normativ sənədləri hazırlamaq.
– İnteqrasiya edilmiş İdarəetmə Sistemini (İİS) qurmaq.
– Şirkətin bölmələrində beynəlxalq standartlar üzrə uyğunluğunun daxili auditini təşkil etmək və həyata keçirmək
– Daxili auditlərin keçirilməsinə dair illik hesabatı hazırlamaq
– İİS-nin Ali Rəhbərlik tərəfindən təhlili üçün illik hesabatı hazırlamaq
– ISO 9001:2015, FSSC 22000 beynəlxalq standartları üzrə Şirkətin sertifikasiyaya hazırlığını və beynəlxalq sertifikatlaşdırıcı orqan tərəfindən sertifikasiyasını təşkil etmək.
– İnteqrəedilmiş sistem üzrə daxili auditin, sertifikasiyanın (təkrar sertifikasiyanın) və inspeksiya yoxlamalarının nəticələrinə görə təshihedici tədbirlərin işlənilməsini təşkil etmək, Şirkətin bölmələri tərəfindən təshihedici tədbirlərin yerinə yetirilməsini yoxlamaq
– Şirkətdə İİS-nin işlək vəziyyətdə saxlanılmasına və yaxşılaşdırılmasına dair işləri təşkil etmək
– Mağazalarda qida təhlükəsizliyinə dair tələblərin yazırlanmasında, mağaza işcilərin təlimləndirilməsində iştirak etmək
– Mağazaların auditində iştirak etmək
– Tədarükçünün Dəyərləndirilməsi auditində iştirak etmək
– PEST kontrol sistemini qurmaq və icrasını həyata keçirmək;

Tələblər:

– Ali texniki təhsil ;
– Qida sahəsində müvafiq istiqamət üzrə ən azı 3 il iş təcrübəsi;
– Rus və ingilis dili bilikləri arzuolunandır;
– ISO 9001 və FSSC 22000/ISO 22000 üzrə daxili auditor sertifikatı olmalı;
– Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
– Kompüter bilikləri (MS Office)

Təminatlar:

– Servis xidməti;
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər