10 C
Baku
Thursday, December 11, 2025

Keyfiyyət üzrə daxili audit şöbəsinin mütəxəssisi – Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu

0
Keyfiyyət üzrə daxili audit şöbəsinin mütəxəssisi – Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Bakı
05.12.2025

Vakansiyanın təsviri

  • İnstitutun tabeliyində fəaliyyət göstərən sınaq laboratoriyalarında AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair tələblər” standartı əsasında qurulmuş keyfiyyət idarəetmə sisteminin effektivliyinin qiymətləndirilməsi məqsədilə həyata keçirilən planlı və plandankənar yoxlamalarda iştirak edir.
  • Daxili yoxlamalar zamanı struktur bölmələrdə və laboratoriyalarda mövcud olan nöqsan və çatışmazlıqları aşkar edir, onları sənədləşdirir və müvafiq qaydada qeydiyyata alır.
  • Keçirilmiş audit yoxlamalarına dair hesabatları müəyyən olunmuş müddətlərə uyğun olaraq hazırlayır və müvafiq şöbə müdirinə təqdim edir.
  • Aşkarlanmış uyğunsuzluqların təkrarlanmaması və ya yenidən baş verməməsi məqsədilə həmin uyğunsuzluqların əsas səbəblərini nəzərdən keçirir, təhlil edir və qiymətləndirir.
  • Laboratoriyaların fəaliyyət istiqamətlərinə uyğun olaraq yeni metodların araşdırılması, seçilməsi və tətbiq edilməsində iştirak edir.
  • Akkreditasiya prosesinə dair tələb olunan sənədlərin hazırlanmasında iştirak edir və laboratoriyaların milli və beynəlxalq akkreditasiyadan keçməsi ilə bağlı tədbirlərin həyata keçirilməsində dəstək göstərir.

Xüsusi tələblər

  • Kimya, analitik kimya və ya kimya mühəndisliyi üzrə magistr səviyyəsində ali təhsil;
  • Laboratoriya və analitik kimya sahəsində minimum 3 il fasiləsiz iş təcrübəsi;
  • Kimyəvi, fiziki-kimyəvi və instrumental analiz metodları üzrə dərin nəzəri və praktiki biliklər;
  • Laborator cihazların (UV-Spektrofotometr, ICP MS, HPLC, GC, LC-MS və s.) quruluşu, iş prinsipi; kalibrlənməsi, texniki qulluq qaydaları üzrə biliklər;
  • Metodların validasiyası, verifikasiyası, ölçmələrin qeyri-müəyyənliyinin hesablanması, keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üzrə təcrübə;
  • Daxili audit prosesləri, uyğunsuzluqların aşkar edilməsi, kök-səbəb analizi (Root Cause Analysis), risk qiymətləndirilməsi (Risk Assessment) üzrə praktiki bacarıqlar4
  • ISO/IEC 17025:2017 standartının bütün bölmələri üzrə (idarəetmə tələbləri, texniki tələblər) peşəkar səviyyədə bilik;
  • ISO/IEC 17025 üzrə rəsmi təlim və ya sertifikatın mövcudluğu mütləq tələbdir;
  • Rutin və qeyri-rutin analizlərdə kənarlaşmaların təhlili qabiliyyəti;
  • Keyfiyyətə nəzarət diaqramlarının (QC charts) təhlili və qiymətləndirilməsi;
  • Dəqiqlik, yüksək analitik və texniki düşünmə qabiliyyəti;
  • Məsuliyyətli, operativ və komandada işləmə bacarığı;
  • Rus və ya ingilis dili bilikləri üstünlükdür;
  • MS Office (Excel, Word) proqramları üzrə praktiki bacarıqlar.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor