“PAŞA Sığorta” ASC namizədləri Keyfiyyət və Müştəri Məmnuniyyətinin idarəolunması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Müştəri Xidmətləri Mərkəzlərinin fəaliyyətinin dəyərləndirilməsi;
• Telefon Mərkəzləri və Ön Masa işçilərinin zəng/vizit dəyərləndirmə formalarının həftəlik hazırlanması və işçilərin birbaşa rəhbərləri ilə paylaşılması;
• Ünsiyyət bacarığına dair yeni və təcrübəli əməkdaşların təlimatlandırılması;
• Şikayətlərin həlli ilə bağlı müvafiq koordinasiyaya dəstəyin göstərilməsi;
• Müştəri Xidmətləri Mərkəzlərinin əməkdaşlarının xidmət vermə fəaliyyətlərinə dair geribildirimlərin təqdim edilməsi və müvafiq inkişaf planlarının tərtibatında iştirak etmək;
• Müştəri Məmnuniyyəti üzrə hesabatların hazırlanması;
• Xidmət vermə prosesinin təkmilləşdirilməsi məqsədilə daima yeniliklərin təklif və tətbiq edilməsi;
• Xidmət vermə və korporativ etikanın gücləndirilməsi məqsədilə təlimlərin hazırlanması və keçirilməsi;
• Birbaşa rəhbər tərəfindən təqdim olunan tapşırıqları yerinə yetirilməsi.
Bilik və bacarıqlar:
• Ali təhsil;
• Dil bilikləri:Azərbaycan və rus dillərində sərbəst, İngilis dilində orta danışma və yazma bacarığı;
• Kompüter biliklləri: Microsoft office (Word, excel, powerpoint) programlarından istifadə bacarığı.
• Müştəri Məmnuniyyəti sahəsində ən az 2 il iş təcrübəsi;
• Müştəri Məmnuniyyəti ilə bağlı təlimlərdə iştirak;
• Səlis nitq, fikri aydın izah etmə bacarığı;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Analitik düşüncə qabiliyyəti;
• Araşdırma etmək bacarığı;
• Problemli situasiyaları həll etmək bacarığı;
• Geribildirim vermək bacarığı;
• Stressə davamlılıq;
• Komandada işləmək bacarığı;
• Yüksək korporativ mədəniyyət.
Son müraciət tarixi: 30 iyul, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |