Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdingi (AZCON) Keyfiyyətin idarə olunması şöbəsində menecer vəzifəsinə vakansiya elan edir.
✅ Vəzifə funksiyaları:
• Şirkətdə tətbiq olunan keyfiyyət idarəetmə proseslərini qiymətləndirərək onların standartlara uyğun fəaliyyət göstərməsini təmin edir;
• “ISO 9001” və digər normativ tələblərə uyğunluğun qorunması üçün struktur bölmələri ilə koordinasiyalı şəkildə iş proseslərini izləyir və zəruri dəyişiklikləri təşviq edir;
• Keyfiyyətlə bağlı məlumatları toplayır, analiz edir və rəhbərliyə qərarverməni dəstəkləyən strukturlaşdırılmış hesabatlar təqdim edir;
• Daxili auditlər zamanı aşkar olunan uyğunsuzluqların aradan qaldırılması üçün komandalara metodoloji dəstək verir və təkmilləşdirmə planlarının icrasına nəzarət edir;
• Keyfiyyət mədəniyyətinin inkişafı məqsədilə əməkdaşlarla mütəmadi kommunikasiya qurur, proseslərin daha səmərəli işləməsi üçün təlim və təşəbbüsləri yönləndirir.
✅ Əsas tələblər:
• Keyfiyyətin idarə olunması, mühəndislik, menecment və ya əlaqədar sahədə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
• Müəssisədə keyfiyyət idarəetmə sisteminin (KİS) tətbiqi, monitorinqi və davamlı təkmilləşdirilməsinə nəzarət;
• “ISO 9001” və digər beynəlxalq/normativ standartların tələblərinə uyğunluğun təmin olunmasını izləmək;
• Daxili auditlərin planlaşdırılması, keçirilməsi və nəticələrinin rəhbərliyə təqdim olunmasını təmin etmək;
• Keyfiyyət göstəricilərini (KPI) analiz edərək hesabatlar hazırlamaq və optimallaşdırma tədbirləri təklif etmək;
• Komanda ilə işləmə bacarığı və maraqlı tərəflərlə effektiv ünsiyyət;
• Müvafiq sahədə ən azı 5 illik peşəkar təcrübə;
• Analitik düşüncə və problem həll etmə bacarığı;
• Effektiv ünsiyyət bacarıqları;
• Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan).
✅ Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Menecer – Keyfiyyətin idarə olunması” yazmaqla göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.
➡️ Son müraciət tarixi: 30 noyabr 2025-ci il
İşin aid olduğu sahə
| Kateqoriya | Digər şirkətlər |


