19 C
Baku
Saturday, May 31, 2025

Keyfiyyətin idarəolunması üzrə aparıcı mütəxəssis – AZCON

0
Keyfiyyətin idarəolunması üzrə aparıcı mütəxəssis – AZCON
Bakı
30.05.2025

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) Keyfiyyətin idarəolunması şöbəsinə keyfiyyətin idarəolunması üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir.

✅ Əsas tələblər:
• Sənaye mühəndisliyi, biznesin təşkili və idarə edilməsi sahəsi üzrə ali təhsil;
• Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan);
• “MS Office” və “MS visio” üzrə bilik və bacarıqlar;
• Komanda daxilində və digər şöbələrlə səmərəli əməkdaşlıq etmək bacarığı;
• Məlumatları təhlil edərək düzgün nəticə çıxarmaq və qarşı tərəfə dəqiq izah etmək bacarığı;
• Problemləri tez aşkar edib optimal həll yolları təklif etmək bacarığı;
• Dəyişikliklərə açıq olmaq və yeni yanaşmaları qəbul etmək bacarığı;
• ISO 9001:2015 daxili auditor və baş auditor kvalifikasiyalarının mövcudluğu.

✅ Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Aparıcı mütəxəssis – Keyfiyyətin idarəolunması” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

➡️ Son müraciət tarixi: 05 iyun 2025-ci il