Bakı
25.04.2025
Vakansiyanın təsviri
- Universitetin struktur bölmələrində daxili keyfiyyət təminatı və idarəetmə sistemlərinə dair audit proseslərini planlaşdırmaq və həyata keçirmək;
- Tədris, inzibati və təşkilati proseslərin mövcud qaydalara, normativ sənədlərə və universitetin daxili prosedurlarına uyğunluğunu yoxlamaq;
- Audit zamanı aşkar edilmiş uyğunsuzluqlar və inkişaf ehtiyacları üzrə hesabatların hazırlanması və müvafiq bölmələrə təqdim edilməsi;
- Audit nəticələrinə əsasən təkmilləşdirmə təkliflərinin hazırlanması və onların icrasına nəzarət;
- Keyfiyyət təminatı sahəsində milli və beynəlxalq standartlara (məsələn, ESG, ISO və s.) uyğun audit alətlərinin və metodlarının tətbiqi;
- Risk əsaslı audit yanaşmasını tətbiq etməklə proseslərin səmərəliliyinin qiymətləndirilməsi;
- İllik daxili audit planının hazırlanması və icrasına dair hesabatların təqdim edilməsi;
- Audit fəaliyyəti çərçivəsində aidiyyəti şöbələrlə koordinasiyanın qurulması və əməkdaşlıq edilməsi;
- Daxili yoxlamaların nəticələrinin müvafiq rəhbərliklə paylaşılması və qərar qəbuletmə prosesində iştirak edilməsi;
- Audit prosesləri zamanı əldə olunan məlumatların məxfiliyinə riayət edilməsi və etik normalara uyğun hərəkət edilməsi;
- Keyfiyyətin təminatı şöbəsinin Əsasnaməsi və universitet rəhbərliyinin qərarlarına uyğun olaraq digər funksiyaların yerinə yetirilməsi;
- Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin icra edilməsi.
Xüsusi tələblər
- Ali təhsil (Magistr təhsili);
- Minimum 1 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dilində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili arzuolunandır);
- Yüksək təşkilatçılıq və təqdimetmə bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- Analitik və tənqidi düşünmə bacarığı;
- MS Office proqramları üzrə sərbəst işləmək bacarığı.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 25.05.2025-ci il saat 18:00
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Audit/ Konsaltinq Şirkətləri |