10 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Kibertəhlükəsizlik üzrə mühəndis – PASHA Technology

0
Kibertəhlükəsizlik üzrə mühəndis – PASHA Technology
Bakı
15.10.2021

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

“PAŞA Technology”-nin məqsədi “PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün İT xidmətləri, “Cloud Computing”, kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

Hal-hazırda “PAŞA Technology” Kibertəhlükəsizlik üzrə mühəndis” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

• “PAŞA Technology” MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi;
• Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi;
• Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması;
• Həyəcan siqnalları və bədbəxt hadisələrin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi;
• Təhlükəsizlik əməliyyatları mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış yumşaltma tədbirlərinin həyata keçirilməsi;
• Göstəriş əsasında digər yumşaltma və islahedici tədbirlərin əlaqələndirilməsi və/və ya bu tədbirlərin icrasına yardımın göstərilməsi;
• Bədbəxt hadisələrlə əlaqədar cavab tədbirləri və/və ya rəqəmsal məhkəmə araşdırma tədbirləri vasitəsilə yardım göstərə biləcək müstəqil podratçılarla əməkdaşlıq;
• Yanlış reaksiya verən və ya düzgün çalışmayan hesab olunan həyəcan siqnallarına reaksiya vermək üçün təhlükəsizlik əməliyyatları mərkəzi ilə əməkdaşlıq;
• Təhlükəsizlik əməliyyatları mərkəzinin komandası tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak;
• Nasazlıq göstəriciləri kimi taktiki kibertəhdid araşdırmasının istifadəsi və təhlili;
• Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;
• Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün informasiya təhlükəsizliyi qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək;
• Vaxtında kəşfiyyat işlərinin aparılması, o cümlədən birbaşa yardımın göstərilməsi və/və ya araşdırma tədbirlərinin həyata keçirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

• Texniki sahə üzrə Ali təhsil;
• Mühəndislik və ya texniki sahələr üzrə dərəcəyə üstünlük verilir;
• Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür.

Təcrübə

• İnformasiya təhlükəsizliyi və ya şəbəkə texnologiyaları sahəsində minimum 3 il təcrübə tələb olunur;
• Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə;
• Ümumi kibertəhlükəsizlik analitikası, rəqəmsal məhkəmə araşdırması, kibertəhdidlərin araşdırılması, koordinasiya və işlərin idarə olunması və digər informasiya təhlükəsizliyi platformaları üzrə təcrübə;
• ISO 27001, ISO 27002, PCI DSS kimi müvafiq standartlar üzrə bilik;
• Aşağıdakı texnologiyalardan ən azı biri ilə bağlı minimum 6 ay təcrübə tələb olunur: Cisco ASA, Juniper (SRX, ScreenOS, SSL-VPN, IDP), Check Point, Sourcefire, Fortinet, Palo Alto Networks;
• SİEM (Təhlükəsizlik Məlumatları və Tədbirlərin Təşkili) üzrə təcrübə;
• Ən azı bir ədəd müvafiq sertifikat tələb olunur (məsələn, GPEN, GWAPT, GCİH, GAWN)
• “Python” proqramlaşdırma dili ilə bağlı praktik bilik ;
• Güclü yazılı və şifahi ünsiyyət və əməkdaşlıq bacarıqları;
• İngilis dilində olan texniki materialları rahatlıqla oxuyaraq başa düşmək;

Kompütür Bilikləri

• “Microsoft Office” proqramlarından istifadə bacarıqları ;
• Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik;
• Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;

Dil bilikləri:

• İngilis dili – Yaxşı
• Azərbaycan dili – Ana dili
• Rus dili – Yaxşı

Fərdi bacarıqları Davranışlar:

• Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
• Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
• Əməliyyatların keyfiyyətini təmin etmək
• Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək

Son müraciət tarixi: 30 oktyabr 2021-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaİT
X