“PAŞA Bank” ASC olaraq Kiçik ‘Agile Coach’ kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
• Komanda daxilində şəffaf və uyğunlaşan komanda mədəniyyətinin aşılanması;
• Planlaşdırma və idarəçilik kimi proseslərdə məhsul sahibinə tam dəstəyin göstərilməsi;
• Korporativ mədəniyyətə uyğunlaşma üzrə və ya logistik problemlər kimi maneələrin aradan qaldırılmasına dəstək;
• Bütün komanda üzvləri arasında və komanda xaricində ünsiyyət və əməkdaşlığın gücləndirilməsi;
• Komanda və təşkilatın bütün səviyyələrində ‘agile’ prinsip və təcrübəsinin tətbiqi;
• Komanda daxilində özünüinkişaf və komandanın böyüməsinin təmin edilməsi;
• Müzakirələr, məşqçilik və digər müvafiq təlimlər vasitəsilə komandaya ‘agile’ yanaşmasının tətbiqi;
• Komanda üzvlərinin effektiv işləməsi üçün tədbirlərin keçirilməsinin asanlaşdırılması, planlaşdırılması və retrospektiv yanaşmanın tətbiqi.
Sizdən nə tələb olunur?
Təcrübə: ‘Agile’ idarəetmə, ‘agile’ inkişaf, ‘scrum master’ və ya ya müvafiq sahədə 3 il
Xarici dil: Orta səviyyədə ingilis dili
Biliklər: ‘Agile’ metodologiyasının biznesə tətbiqi üzrə biliklər
Digər: Güclü ünsiyyət və öyrətmə bacarıqları
Komandada stresli və mübahisəli halların öncədən təxmin edilməsi və idarəsi
‘Mentor’, təlimçi və ya ‘coach’ bacarıqları
Üstünlük verilir: Məhsul sahibi və ya layihələrin idarəedilməsi sahəsində təcrübə
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 22.08.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda ‘Kiçik Agile Coach’ qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |