12 C
Baku
Thursday, November 14, 2024

Kiçik Auditor – LU – MUN Holding

0
Kiçik Auditor – LU – MUN Holding
Bakı
04.07.2023

Vəzifə üzrə öhdəliklər:

  • Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil edilməsi üçün uyğun formaya çevirmək və s.);
  • Lazımi məlumatları toplayaraq analiz edilməsi üçün uyğun formaya çevirmək;
  • Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək;
  • Ona həvalə edilmiş analitik prosedurlar həyata keçirmək və qrup rəhbərinə məruzə etmək;
  • Audit obyektində biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
  • Aşkarlanmış çatışmazlıqlar barədə müvafiq sənədləşmə prosesini həyata keçirmək;
  • Qrup rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyəti çərçivəsində yerinə yetirmək.

Namizədə Tələblər:

  • Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə təhsil; ;
  • Audit və ya maliyyə/ mühasibatlıq sahəsində 1 ilədək iş təcrübəsi;
  • Kompüter biliyi (Word, Excel, Power Point);
  • Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə ümumi biliklər;
  • Məxfiliyi qoruyaraq və davranış qaydalarına riayət edərək, şöbədaxili və departamentlərarası effektiv kommunikasiyanı yaratmaq;
  • Kollektivlə ünsiyyət bacarığı və professional görünüş;
  • Komanda şəklində iş bacarığı;
  • Detallara və xırdalıqlara diqqət;
  • Nəticəyə istiqamətlənmə / fokuslanma;
  • Eyni zamanda bir neçə göstərişləri həyata keçirmə bacarığı;
  • Stressin idarə edilməsi;
  • Analitik bacarıqlar;
  • Yüksək səviyyədə yazılı / şifahi ünsiyyət və münasibət qurma bacarığı;
  • Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
  • Azərbaycan dilini işgüzar səviyyədə mükəmməl bilməli;
  • Ingilis və Rus dillərini işgüzar səviyyədə bilmək arzuolunandır

İş şəraiti:

  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Kiçik Auditor” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor