Kiçik biznesin müştərilərinin kreditləşməsi şöbəsinin müdiri – Bank VTB Azərbaycan

    0

    Posted 4 ay ago

    Kiçik biznesin müştərilərinin kreditləşməsi şöbəsinin müdiri

     Tələblər:

    •  İqtisadiyyat və maliyyə sahəsində ali təhsil;
    • Analoji vəzifədə azı bir illik iş təcrübəsi;
    • “Banklar haqqında” qanuna, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ xarakterli aktlarına bələd olmaq;
    • Maliyyə təhlilinin metodikalarına bələd olmaq (yerli qanunvericiliyinə və BMHS tələblərinə uyğun olaraq);
    • Azərbaycan və rus dillərində səlis danışmaq, bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;
    • MS Office proqramını yüksək səviyyədə bilmək.


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

     Vəzifələri:

    • Kreditləşmənin təşkili və kiçik biznes seqmentinin hüquqi şəxslər-borcalanların bilavasitə kreditləşdirilməsi;
    • müştərilərlə danışıqların aparılması ilkin sənədlərlə işləmə;
    • təhlilin aparılması (mühasibat və idarəetmə uçotu);
    • şöbənin kredit rəylərinə nəzarət və düzəlişlər edilməsi;
    • müştərilərin kreditləşdirilməsi haqqına məsələlərin baxılması üçün Bankın səlahiyyətli orqanına çıxarılması;
    • borcalanların maliyyə vəziyyətinin monitorinqi, potensial problemli borclarla iş;
    • kredit dosyelərinin formalaşdırılması və onların formalaşdırılmasına nəzarətin həyata keçirilməsi;
    • kredit portfelinin aparılması;
    • kreditin geri qaytarılmasının təmin edilməsi;
    • funksional tabeliyində olan əməkdaşları üçün kredit sifarişinin maliyyə-iqtisadi səmərəliyinin meyarlarına cavab vermə və digər məsələlərə dair konsultasiyasının aparılması;
    • əsas göstəricilər üzrə planların yerinə yetirilməsi.

    Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).

     

    Job Features

    Job CategoryKredit işçisi

    Apply Online