Bakı
29.12.2023
Vakansiyanın təsviri
- Hüquqi sənədlərin ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
- Hazırlanan sənədlərin və müqavilələrin hüquqi ekspertizasının həyata keçirmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla danışıqlar və yazışmalar aparmaq;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlər hazırlamaq;
- Müəssisənin fəaliyyəti ilə əlaqədar yaranan müqavilə sorğuları əsasında Müqavilə, Razılaşma Protokolu, Spesifikasiya, Saziş və digər sənədlər tərtib etmək;
- Hüquqi sənədləri sistemləşdirmək və uçotunu aparmaq, sənəd dövriyyəsinə nəzarət etmək;
- Digər şöbə və departamentlərin hüquqi sorğularına yazılı və şifahi məsləhətlər, rəylər vermək və digər hüquqi köməklik göstərmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- İddialara cavab hazırlamaq və bunun üçün arayış, hesabat, izahat və başqa materialların vaxtında verilməsini tələb etmək;
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək;
- Həftə ərzində 5 günlük iş qrafiki.
- İş saatı: 09:00-18:00
- Nahar şirkət tərəfindən verilir
- Bakı şəhərində səhər “20 yanvar”metrostansiyasından/ axşam “Avtovağzal” metrostansiyasına servis .-Ünvan: Sumqayıt şəhəri, Sülh küç
Xüsusi tələblər
- Hüquq fakultəsi üzrə Ali təhsil;
- Hüquq sahə üzrə 1 il təcrübə;
- Azərbaycan Respublikası Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilməli;
- Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli
- Dil bilikləri: ingilis, rus dilini bilənlərə üstünlük verilir;
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |